84/12/6
Demokrasi bütün dərdlərin dərmanıdır
Böyük Rəsuloğlu
Əziz Eli bəy Hamidi İman
Demokrasi bütün dərdlərin dərmanıdır, ancaq Mohsün Pezeşkpur kimi şovinist diktatorların müsahibələrinin, müqəddəs Təbriz adı daşıyan bir mətbu organında yayılması əlbəttəki demokrasıya xidmət sayılamaz. Çünki o ölkədə demokrasi və azadlığın ən böyük əngəli İrançılıq adı altında Fars ırqçılığını təbliq edən şovinist təfəkkürdür. İçimizdəki diktatorluq alışqanlığını hələdə siləmədiyimiz durumda demokrasi adına anti- demokratlara meydan verilməsi böyük xətadır. Azərbaycanı və Azərbaycan milli hərəkatını təhdid edən quvvələrin ikisi bağışlanmaz təhlükədir. Birincisi və ən çirkini Fars şovinizmi, ikincisi və bəlkədə onun qədər faciəlisi millətimizin təmiz milli duygularından su istifadə edərək oyananlarımızı meydandan çıxarmaq saxtakarlığıdır. Azərbaycan milli hərəkatını əninə- boyuna və dərinliyinə bilənlər yaxşı bilirlərki, bu saxtakarlıqlara aldanmasaydıq , bəlkədə bugün bütün istəklərimizə çatmışdıq. İkisi ilədə mübarizə aparmaq hər millətçinin borcudur, çünki ikisidə Azərbaycanımızı qanda boğmaqdan başqa görəcəkləri yoxdur. Ona görədə hər şeydən öncə məlumulhal jurnalistin o pan İranist ilə apardığı müsahibəsinin sitənizdə yayılmasına bu vəsilə ilə etirazımı bildirirəm. 80 ildirki millətimizin beynini zəhərliyən bu təfəkkür sahiblərinə Azərbaycanımızda yer yoxdur. Şahın fərmanı ilə bütün İranda özəlliklə qeyri Fars bölgələrdə qurulub ,fəaliyət göstərən hizbi paniranist- in o zaman Təbrizdə yaradılamamsı bu nəzəriyənin bariz örnəyidir.
Təbrizdə baş verən son hadisələr qurbətdə sıxılan ürəyimi dahada sıxışdırıb, məzlumiyət sacında qıvrıla- qıvrıla qovrulan millətimin sancılarından yazmağı boynuma yüklədi. Ancaq geçən 10- 15 ildə olduğu kimi səbr edərək, dözərək , probləmlərin həllini zamanın axışına buraxmağı uygun görsəmdə Günydən gələn bəzi məsajları göz ardı etmək mümkün olmadı. Mürəkkəb oyunların qarşısında sakit qalmaq yavaş- yavaş milli hərəkətimizə müsbət deyil mənfi təsir göstərməyə başlamışdır. Ancaq bunuda unutmamışamki, bütün hallarda bizlərin yazısı , danışıq və davranışı məntiq dairəsindən xaric olmamalı və bəlli ölçülərə dayanmalıdır. Fikirləşmədən deməyin , yazmağın və şuar verməyin ziyanları artıq hamımıza sübut olmuşdur.
Son zamanlar geniş yayılan və mənədə müxtəlif kanallarla gələn xəbərlərə görə artıq daxildəki hərəkət böyük ölçüdə Tehranın eli ilə idarə olunmaqdadır və özəlliklə Təbrizdə çirkin oyunlar oynanmaqdadır. Bu nəzərlə qismən razılaşsamda bunun azdırıcı və bölücü bir şayiə kimi ittilaat kanalları ilə yayılmasıda gözdən qaçmamalıdır. Ona görədə həmən artırmalıyamki, Azərbaycan milli hərəkatında fəaliyət göstərən bütün şəxslər , istər ittilaata düşmüş istərsədə düşməmiş olsun, o organın adamı olabilməz. Gərçi içimizdə görünmüyən əllərdən qorunma taktiki mübarizəmizin bir parçasıdır. Bunuda inkar etmək olmazki, bəzi insanlar özləri bilmədən və bəlli bir metodlarla hərəkətin əleyhinə çalışdırılarlar və onlardan alət kimi istifadə olunar. Son yüz ildə dünyada baş verən inqlabların necə təhrif edildiyini ya görübsüz, yada oxuyubsuz. Ona görədə tarixi təcrübələri düzgün dəyərləndirəmiyən və gələcəkdə baş verebiləcək hadisələri düz arşınla ölçə bilmiyənləri tənqid qamçısı ilə oyandırmaq bütün düşünənələrin haqqıdır. Özəlliklə milli hərəkətimizin motoru, Azərbaycanımızın gələcəyi və millətimizin ümid qaynağı olan aslan biləkli- Dədəqorqut diləkli və Şaman ürəkli milliyetçi günçlərimizi daxili mübarizədən çəkindirməliyik. Öz özümüzə mehriban olduğumuz qədər şovinizm ilə amansız mücadilə fəlsəfəsinə əməl etməliyik. inqilablar öz uşaqların yiyərlər misali əlbəttəki bizim hamımızı ayıq və sayıq etməlidir. Bəllidirki, bizim hərəkətimiz inqlab deyil , ədalət uğrunda mübarizədir, ona görədə qalib gələcəyinə və inqlabların tərsinə millətimizi xoşbaxt edəcəyinə güvənir və inanırıq.
Yazınızda, fikirlərin , davranışların və bəzi çatışmıyan cəhətlərin tənqidi və açıqlanmasının zərurəti hiss edliməkdədir. Səmimi tənqidlər hərekatımızın durulub -saflaşmasında , arınıb təmizlənməsində inkar edilməz ölçüdür. Bugün dünyada aparılan edalət mübarizələri geçmişdən fərqli və haqlı olaraq açıq , demokratik , şəffaf və Dədə Qorqud sayağı səmimiyətlə boy- boylamaq zirvəsindən geçir. Ancaq kimisi özünü qaldırmaq üçün başqalarını qaralayırsa əlbəttəki xəta getmişdir. Biz başqalarını sıradan çıxarma cərəyanının böyük zərbələrini gördük, bunun ən iri ziyanı bugün hamımızın tanıdığımız , fikir və fəaliyətləri hərəkətimizə geniş olçüdə yardımçı olmuş, şəxsiyətli insanlarımızın bir qisminin,öz qınına girərək dairənin eşiyindən baxmasıdır. Ona görədə bir-birimizə saygılı davranaraq yüksəltməyimiz bütün hərəkətimizin yüksəlib- dirçələcəyinə qıyılan qiymətdir. Faciələrin nece kiçik bir qıvırcımla başlıya biləcəyini bilən dəyərli ağsaqqlarımızdan israrla xahiş edirəmki, rəhmətlik Dr. Fərzanə-nin dəfn mərasimi günlərində baş vermiş o çirkin olayı dərinliyinə araşdırıb köklərini tapsınlar. Həqiqətin nə olduğunun açıqlanmasını uygun görməsələrdə bəlli insanları məlumatlandırmağın faydalı olacağı aydındır.
Gönül istərdiki, bəzi səliqə fərqliliklərinə baxmıyaraq daxildə çalışanlar arasında yaxın , səmimi, düzgün və nəzakət dolu münasibətlər hakim olsun. Açığını söyləyimki, Eziz dostum Heydər Oğlu bəyin Dilmac-ın mərkəzindəki çıxışı və orada iştirak etmiş dəyərli qardaşımız cənab Həsən bəy Ərkin ondan hazırladığı raporunu oxurkən bizlərin sevindiyi qədər anti Azərbaycan quvvələrin gözünə tikan batığını daxilimdə hiss etddim. Gərçi, nə o yazıda vurgulanan Heydər oğlu bəyin mənsub olduğu milli məzhəbilər nədə İranın daxil və xaricində Fars mərkəzli düşüncə sistəmi- nə girən opozusyonların bizə bir haq tanıyacağına inanmıram , onlar bizi sadəcə aldada bilərlər. Dəqiqən bu fikir dairəsindən dogulan Azərbaycan Mərkəzli Düşüncə Sistəminin birləşib , güc mərkəzinə dönüşərək üçüncü quvvə kimi təzahür etmesindən danışmaqdayıq.
Bunu unutmuyaqki, sizlər səttarxanların, Rüşdiyələrin və ............izlərinə ayaq basan insanlarsınız. Əmin və arxayınamki, onlar qədər təmkinli , görkəmli və etibarlı inasnlar içinizdə az deyil. Sizlərin arasında bugün müştərək hədəf var Azərbaycanın nəcati. Etibarli insanların bir- birinə etibar etməsi Azərbaycanın gələcəyinin təminatıdır, belə olmasa hamı itirəcək- hamı ziyan edəcək.
Müqəddəs mübarizəmiz uğrunda canından malından geçən insanlar nə xain, nə satqın, nə casus, nədə bəzi qərəzli yazılarda rastlaşdığımız mənfi sifətlərə mənsub ola bilməzlər. Şəmsi Təbriz qazeti ışıq üzü görərkən dəyərli mütəfəkkir və teorisyənlərin Azərbaycan Milli Hərəkatına verdiyi töhfələr , üstün nəzəriyələr kimi öz işini görmüşdür və əminəmki bundan sonrada görəcəkdir. Bütün maddi və mənəvi imkanlarını işə salaraq jurnal çap eliyənlər, milli mənliyimizi tanıtdırmaq üçün tədqiqat aparanlar,toplantı- yığıncaq və iclaslar geçirənlər, müqəddəs ocağımızın çırağını sönməkdən qoruyan dəyərli ocaqçılar, müxtəlif mərasimlərdə iştirak edən mərd iğitlər, illər boyu zindan çəkən sevgili mübarizlər, saxta məhkəmələrdə süründürülən qız- oğlan- cavan- yaşlı fədailər, şovinist təfəkkürə ağız büzərək zindanlarda sinə gərib başımızı ucaldan Zakirilər- Əzimzadələr- abbasilər- Həkkak pur lar və başqaları bu millətin canı, ciğəri və covhəridirlər. Bu covhər bir yumuruğa dönüb öz sözünü deməlidir.
Dünya və məntəqədəki bu mürəkkəb şəraitdən Azərbaycanımızın başı uca çıxması üçün birlik körpüsü yaradmaq məqsədi ilə qeyri etik davranaraq adlarını çəkdiyim əziz dostlarımdan məni bağışlamalarını xahiş edirəm. Yaşasın Azərbaycan- tanrı Türkü qorusun.
20 fevral 2006
shamstabriz www.iranisnotpersia.com