İran Məmaliki Məhrusəsi və Güney Azərbaycan Milli Məsələsi

 

 

Bilindiyi kimi İran Məmaliki Məhrusəsi böyük dəyişiklər üçün yerikləyir. Bu yerikləmək iki yöndən nəzərə alınmalıdır:

1-     Amerika Birləşmiş Dövlətlərinin İran Məmaliki Məhrusəsində 1979 il itirdiyi maraq dayirəsini yenidən əldə etməyə çaba göstərməsi

2-     İran Məmaliki Məhrusəsində Fars Şövenizmi uyquladığı sömürgəçilik pilanlar əsasında İrançılıq məfkurəsi etnik dabanlara bölünərək (geri oturaraq)  yeni bir düzən üçün bu məmaliki məhrusədəki milliyətlər məsələsinin qabarıq biçimdə ortaya çıxması.

Alman Nazistləri 1933 ilində iş üstünə gəldikdən sonra İngiltərə köməyi ilə hakimiyətə gəlmiş Rza Şah Fars Bastangəraylığını və Rasistliyini üstün tutduğu üçün Avrupadakı İrandan təhsil almaqda olan kəsimin yönvermə sonucu olaraq Alman Rasistlərinə yaxınlaşmanı daha üstün hesab etməyə başladı. Rza Şahın Xanımı Tac əl Mülük xatirələrində deyir:

“Hitler İranlıları Ariyalı hesab edirdi. Almanlar da Ariyalı olduqları üçün Hitler Hakimiyət zamanı İrana əlindən gəldiyi köməyi edirdi. Rza İngilislərin dəxalətindən yorulduğu üçün Almanlara daha çox maraq göstərirdi. Almanla İran ilişgiləri dostluğa (oxu: nəjadpərəstliyə) əsaslanırdı. .... Tehran camaatının Hitlerə həddən artıq sevgi bəslədikləri və onun günlük danışıqlarına Topxana meydanında Radyodan qulaq asdıqları mənim yaxşı yadımdadır. O zaman çoxlarının radyosu olmadığı üçün Seyid Xəndan xiyavanından Topxana meydanına dək bir kabl xətti çəkmişdilər və səsucaldanlar vasitəsiylə xalq gündə bir saat radyo verilişlərinə qulaq asırdı. Xalq hər vaqt Hitler qoşunlarının başarılarını eşitdikdə ürəkdən Almanlara “Hura!” çəkir və bəziləri Alman qoşunları üçün qoyun qurban edirdilər”(1). “Mən Hitler ilə görüşümü heç zaman unutmayaraq Rzanın istəyinə əsasən dönə dönə ona bu görüşü təriflərdim. ... Hitler Rzadan çox tərif edir və onun yaşayışını yaxşı bildiyini ifadə edir, İranda bir nizamiminin işüstə olmasından rizayət hissi keçirirdi. Mənim danışığımın bu bölümü Rzaya çox xoş gəlmişdi. Mən danışığın bu bölümünə gəldikdə onu neçə dönə yeniləməli və tikrar etməli olardım”(1).

“Alın yazqısı olaraq Hitlerin düşməni sayılan İstalinlə də görüşüm oldu. Rza İrandan çıxdıqdan və Məhəmmədrza səltənətə gəldikdən sonra müttəfiq güclərin Tehranda bir yığıncaqları oldu. Bu yığıncağa Amerikanın cumhur rəyisi, İngiltərənin başbaxanı və Sovyetlər Birliyinin başçısı da gəlmişdi. ... İngilislər və Amerikalılar İranı işğal etdikləri üçün Məhəmmədrizanın görüşünə gəlmək istəməyərək Məhəmmədrzanı onların görüşünə getməyə zorladılar”(4).

Beləliklə bir daha Məhəmmədriza İngilis güclərinə bəndəliyini imzalayaraq Fars Rasistliyi üzərinə örtük çəkməyə, Alman Nazistləri və Fars Rasistliyi arasında olan ilişgiləri ört basır etməyə çalışdı deyə düşünməliyik. Alman Nazistliyi qarşısında birləşən Müttəfiq güclər yenə də keçmişdəki iş və sərmaya arasında olan ziddiyətliyə geri dönərək Güney Azərbaycan xalqını bu savaşın qurbanı etdilər.  Beləliklə 1946 ilində Güney Azərbaycan Milli Höküməti Sövyetlər Birliyi və Qərb dövlətləri arasında baş vermiş soyuq savaşın sonucu deyə bir daha Fars şövenizminə tabi tutulmağa məhküm oldu. Üstəlik Tehran və Azərbaycan Milli Höküməti arasında olan 15 maddəli anlaşma da Fars qara qüvvələri tərəfindən yox sayılaraq(2) əlaltı Alman Nazistləri yanında yer almış Fars Rasistləri (3) bir daha keçmiş ağaları, İngiltərə, qapısına geri dönməli oldular.

Azərbaycan Milli höküməti basdırıldıqdan sonra Tehranda Məclisə getmək həvəsiylə Azərbaycan milli basqınına göz yuman Tudə Partisinə də zaman xoş bağışlamadı. Onlar Farslıq çərçivəsində öz görüş və ideolojilərini iləri sürdüklərinə baxmayaraq iki böyük buluk arasında olan qırmızı xətti -soyuq savaş sərhədlərini- aşmağa çalışdıqları üçün hakim Fars sistiminin qəzəbinə gəldilər. Beləliklə Azərbayban Milli höküməti zamanı İran Məmaliki Məhrusəsində qudrət boşluğu olduğundan yaranmış demokratik fəzadan faydalanaraq Fars Tudə Partisinin kadrolaşdığına baxmayaraq 1953 ilində Fars Milliyətçiliyini üstün tutmuş qüvvələr ilə birlikdə Fars şahlıq sistiminə qarşı qoya bilər deyə xiyalata qapılan Fars Tudə Partisi Məhəmməd Musəddıq tərəfindən zərbə alaraq Farslıq qoşununda olan bütün nizamı güclərini qissa bir zamanda əldən verməli oldu. Bu durum üzərə Tac əl Mülük deyir:

“Məhəmməd Müsəddıq Zahidinin hakimiyət çevrilişinə başvuracağını bilirdi. Zahedi işini görüb qurtarması üçün Müsəddıq sakit qaldı. Sonra Musəddıq dərbara gələrək mənə və Məhəmmədrizaya dedi: Mən səltənətə xiyanət etmək istəmədiyim üçün Tudə Partisi ilə işbirliyi etmədim.... Müsəddıq yaxşı adam idi, bəzən sarayda biz ilə nahar yeyərdi. Onun böyük xidməti Amerikalıları İrana gətirmək və İngilislərin əlini İrandan kəsmək idi. O zaman Kaşani və Müsəddıq arasında olan dava, gerçəklikdə İngilis və Amerika davasi idi. O həftənin olayları (21 Mürdad- 28 Mürdad 1332 (1953) Amerikaya Tudə Partısının hakimiyət çevrilişinə başvuracağını Müsəddığa bildirməsinə yol açdı. Beləliklə Müsəddıq Tudə Partisi ilə əməkdaşlıq etmədən çəkinməyə çalışdı. Tudə Partisi Mötəmin əl Mülk evində hakimiyət çevrilişi üçün proqram hazirlamaqda olan və gizlənən Zahedinin tutulmasına dayir verdiyi süfarişləri Məhəmməd Müsəddıq eşitməzdən və görməzdən gələrək ona hakimiyət çevrilişi üçün şərayit yaratdı. Sonra mənim və Məhəmmədrizanın yanına gələrək bizim hamımızdan həlallıq istədi və dedi: Rza Şah qarşısında verdiyi söz və içdiyi andı nəzərə alaraq səltənətin tətilliyi deyil, Cumhuriyət yaratmaq və Səltənəti aradan qaldırmaq üçün Tudə Partisi ilə də işbirlik etməmişdir”(5).

Bilindiyi kimi Zahedi öncə Musəddıq dövlətinin kabinəsində içişlər naziri olmuş birisiydi. Demək bu şəxs istər şah və istər Məhəmməd Musəddıq üçün güvəniləcək bir şəxs idi. Bugün bu hakimiyət çevrilişini yalnız Zahedi və Amerika güclərinin başına atmağa çalışmaq vaqeiyyətin yarısını ifadə etmək anlamına gəlməlidir. Üstə Tac əl Mülük də ifadə etdiyi kimi iki böyük qudret hər biri İranı hakimiyət çevrilişi vasitəsiylə yalnız öz əllərində tutmağa çalışırmış. Amerika Birləşmiş Dövlətlərinin nufuzu daha artıq olduğu üçün bu məsələdə üstün gəlmişdir deyə düşünməliyik. Üstün gəlmə yalnız Tehranda hakimiyəti dəyişmə açısından deyil, Azərbaycan Milli hökümətini aradan qaldırmada da Amerika tərəfdarı kimi özünü təqdim etməyə çalışan Fars Rasistləri üstün gəlmişdilər. Demək siyasətdə möhrələri yanmaqdan qorumaq üçün günahı bir gurupun başına atmaq da Amerika güclərinin bir avamfəriblik siyasəti kimi dəyərləndirilməlidir. Bu baxımdan Müsəddıq Fars Cumhuriyətçilik düşməni deyil, Tudə Partisi vasitəsiylə ilə İran Məmaliki Məhrusəsinə Sovyetlər Birliyinin soxulacağına razı deyildi deyə düşünməliyik. Üstəlik Azərbaycan və Kürdüstan 1946 illərində şah qoşunları qarşısında əldən vermiş moqeiyyətlərini bir daha Sovyetlər Birliyinin İran Məmaliki Məhrusəsindəki artdığı ətki və nufuzundan faydalanaraq (keçmişdə Sovyetlər Birliyi ilə yaxşı munasibətlərə sahib olduqları üçün) geri ala bilərdi məsələsi də gözdən qaçırılmamalıdır. Bu da istər Amerika Birləşmiş Dövlətləri, istərsə də  Farslıq məfkurəsinə qapılmış təşkilatlar başlarında Məhəmməd Müssədıq təmsil etdiyi fikirlə (özü Türk olduğuna baxmayaraq) bağlaşacaq deyildi. Bu nədənlə də bugün Məhəmməd Müsəddığa təthir quslu vermə çabalarına baxmayaraq fikir baxımından o da xələfləri olan o cümlədən Pərviz Vərcavənd kimi bir təmamiyyətçi və Farslıq xulyasına qapılmış fikir sahabı olaraq qəbul edilməli və bu zatın dalında milli və demukrat deyə gizlənmək istəyənlərin hənasının boyağı qurumağına olanaq verilmədən bu qumaşların mahıyətini xalq ictimaiyyətinə açıqlamalıyıq.

İstər sağ (Cibheye Milli, Hizbe Pan.İranist, Ariya və Hezbə Kargəran Sosyalist İran) və istərsə də solmeab Fars (Tude Partisi) təşkilatlarının İran Məmaliki Məhrusəsindəki milliyətlər arasında sayqı və ehtiramları qalmadığı üçün ictimaiyyəti hərəkətə gətirsinlər deyə yeni teşkilatlara ehtiyac görünürmüş. Beləliklə Azərbaycan Milli Məsələsində yenilmiş nəsilin törəmələri keçmişdə yenilmiş Fars təşkilatlarında fikir baxımından əridiklərinə baxmayaraq bir daha İran adı başlığı altında yeni Fars təşkilatlarının yaranmasına Məhəmməd Hənifnəjad “Sazeman Mucahedin Xəlq İran və Bijən Cəzəni Sazeman Çerikhaye Fədaiyan Xəlq İran” adlı təşkilatları öz canlarını qurban verməklə yaratdılar. Bu təşkilatlar fikir baxımından Cibheye Milli və Tude Partisinin ədəbiyatından faydalandıqlarına baxmayaraq söz də özlərini bu təşkilatlara muxalif bir təşkilat kimi ictimaiyyətə tanıtmağa başladılar.

Bu təşkilatların etdikləri çabalara baxmayaraq İran Məmaliki Məhrusəsində gözlənilməmiş inqilab başverdikdən sonra bu təşkilatlar keçmiş sələflərinin yanında yer almanı özləri üçün həyatı bir məsələ qələmə almağa başladılar. Beləliklə 2 oturumda “Sazeman Çerikhaye Fədaiyan Xəlq İran” ikiyə bölünərək böyük bir hissəsi “Aksariyyat- Sazeman Çerikhaye Fədaiyan Xəlq İran” adı altında öz yollarını Fars Tude Partisinin yoluna uyqunlaşdırmağa çalışdılar. Mucahedin Xəlq İran isə başvermiş inqilab islam adına olduğu və inşab nəticəsində (ilk Sazeman Peykar, sonra Mucahedin İnqilab İslami və Mucahedin Xəlq İran)  islamiyəti təmsil edən ruhaniyət tərəfindən doğru və düzgün qələmə alınmadıqları və hakimiyyətdə ortaq olabilmədiklərindən sonra Seyid Məhmud Talaqanli adı dalında gizlənməyə çalışaraq müstəqil xət yeritməgə çalışdılar. Bu arada keçmiş sələflərinə (Cibheye Milli İran) ayid olan Əbul Həsən Bənisədr ilə əl altı işbirlik etməyə başladılar.

Keçmiş yazılarda işarə olunduğu kimi Xəlq Müsəlman Partisinin yayın və basın orqanı Farsça olmasına baxmayaraq dolayılı olaraq Azərbaycan Milli məsələsi bu təşkilatın orqanında ışıq üzü görməyə başlamışdı. Viləyəti Fəqih mozusunda Ayətullah Xomeyni və Ayətullah Şəriətmədari qarşı durmasında Fars fikirli sağ və solmeab qüvvələr genə də 6 dekabr 1979 ilində Azərbazcan Milli məsələsi əleyhinə səfərbər olaraq bu hərəkəti yeni işüstə gəlmiş hakimiyət gücləri ilə basdırmağa çalışdılar. Bu güclər Xəlq Müsəlman Hərəkətini Amerika yançısı kimi göstərməklə onun mahiyətini xəlq ictimaiyyətinə tanınmağa icazə vermədilər. Sonuc olaraq bu hərəkət Amerika yançısı ittihamı ilə öz nütfəsində boğuldu (6).

O zaman isə Amerika Birləşmiş Dövlətləri Sovyetlər Birliyinin çevrəsinə yaşıl qurşaq çəkmək və yeni İran İslam hakimiyətində yer almış möhrərələri vasitəsiylə şahın gedişiylə İran Məmaliki Məhrusəsində öz moqeiyyətini bir daha qorumaq üçün çabalar içərisinə qapılmış idi. Bilindiyi kimi Məhəmmədrza İrani tərk edərkən hakimiyət Cibheye Milliçi olan Şahpur Bəxtiyara Amerika Birləşmiş Dövlətlərinin icazəsiylə təhvil vermiş idi. Ancaq Xumeyni İrana gəldikdən sonra hətta hakimiyətdə yer almış Cibheyi Milliçiləri bilə açıqcasına Amerika yançısı olduqlarını giylətməgə çalışdılar. Bu davranışlara baxmayaraq Abbas Əmirintizamların Amerika Elçiliyinə Tehranda yol döyməsinin arası kəsilmirdi. Demək, 1953 üncü il Muhəmməd Musəddıq və Zahedi vəsiləsiylə hakimiyət çevrilişinə baş vuran Amerika Birləşmiş Dövlətləri bu dönə qoşun vasitəsiylə hakimiyət çevrilişi deyil, Sovyetlər Birliyi çevrəsinə düşündüyü yaşıl qurşağın tərkib hissəsi olan İran İslami Hakimiyət başçılarına yön verməyi daha öz siyasətinə uyqun hesab edirdi.

Amerika Birləşmiş Dövlətləri və Fars Cibhe Milliyətçilərinin diplomatik çabalarını nəzərə alan Sovyetlər Birliyi və onun yançısı sayılan Fars Tude Partisi bu hərəkətlərə nizarə qalmaq istəməyərək onlar da Tehrandaki hakimiyətə yön verməyə çalışırdı. Onlar islam ideolojisini qəbul etmədiklərinə baxmayaraq İslam adı altında olan hakimiyətin əzici və irticaii işlərinə göz yumaraq bu hakimiyəti devrimcil və inqilabi adlandırmağa çalışırdı. O zamanki Tude Partisinin sənədlərindən oxuyuruq:  “

 (7). ویا:

 (7). و یا:

 (8). و یا:

(8) و یا:

(8). و یا:

(9). و یا:


 (10). و یا:


 (11).

Üstəki sərgilənmişlər yalnız Fars Tude Partisinin Azərbazcan məsələsi qarşısında ortaya atdığı maneələrdi. Bu təşkilatın törəməsi kimi qəbul olunan „Sazeman Fədaiyan Xəlq İran- Əksəriyət isə islam inqilabdan difa etmək üçün Sipah Pasdarları ağır və dağıdıcı silahlarla yaraqlanmalarını arzu edir və təbliğ edirdi.

Bu üstəkilər Fars sağ və solmeab təshkilatlarının qüdrəti ələ keçirmək və hakimiyətə yön vermək üçün fikir və zikirləri idi. İslam abasına bürünmüşlər isə keçmişdə Pəhləvilər zamanında axundu maşına mindirsəniz, maşın aşar (Pəhləvilər zamanı axundun bədyünm olduğu təblığ edilirdi), deyə eşitdikləri üqdələri hakimiyətə gəldikdən sonra bu kiravatlıların başına qusmaq istərkən ağı qaradan ayırd etmə qabiliyətinə bilə malik olmayaraq islamiyətdən uzaq düşərək Fars Şövenistliyi və Rasistliyinin də çənbərəsinə düşdülər. Beləliklə Hezbe Nəjanpərəst Cibheye Milli Fars, Hizbi Millət İran, Nehzəti Azadi və Milli Məzhəbi Adlı Fars təşkilatlarını hakimiyətdən uzaqladarkən özləri bu rasistlərin yerinə oturaraq Fars Rasistlik siyasətini yeritməklə məşğul oldular. Beləliklə bir ömür vay islama, vay Muhammada etdikləri fikir və zikirlər Fars hakimiyətini qorumağa sərf olundu.
Demək İran Məmaliki Məhrusəsindəki keçmiş 82 ildəki təşkilatlar milli və demukrat deyil, yalnız öz görüşləri esasında xalq ictimaiyyətini minməyə çalışmışlar demək qənaətinə gələrsək, keçmiş illərdə milli və demukrat adı altında edilmiş şəyyadlıqların dərinliyinə ışıq tutmuş olarıq.

Fars şövenistlərinin uyquladıqları pilanlara gəldikdə məsələ daha mürəkkləşir. Onlar yeri gəldikdə özlərini rahat yaşatmaq üçün İran Məmaliki Məhrusəsindəki milliyətləri qarşı qarşıya qoymaq arzusundadırlar. Bu qarşı qarşı qoymalardan biri də bu Məmaliki Məhrusədəki Türk və Kürd qarşıdurmasının ola biləsidir. Bilindiyi kimi keçmiş 28 il içərisində Kürd bölgələrini əmniyətsiz göstərməklə bir çox Kürd Azərbaycanın Qərbi şəhər və kəndlərinə köçmək zorunda qalmışlar. Zaman gedişiylə bu köçmələr yerli kimi görünməyə başladılaraq Günbatan Azərbaycanın etnik tərazını pozmağa yönəlmişdir.

Beləliklə Kürd siyasətçiləri də aryu edilməyən bir Fars şövenistliyinə xidmət edəcək pilanın içinə sürüklənmiş məqamda yer alacaq görünürlər. Onlar xiyali xəritələriylə Azərbazcanın Urmiyə, Xoy, Səlmas, Maki, Sulduz və sayirə şəhərlərini Kürdüstan Adlandırmağa başlamışlar. Bu məsələ Azərbaycan Milli məsələsinə əngəl olmanın yanısıra bu iki xalqı qarşı qarşıya qoya bilər deyə düşünülməli və gec olmadan və bu iki xalq arasında küdürət yaranmadan lazimli tədbirlərin alınması lazim görünür. Bu tədbirlər aşağıdakılar kimi ola bilər:

Kürd təşkilatlarını Fars şövenistlərinin oyunlarına gəlmələrinə dayir uyarı verilməlidir. Azərbaycanda Türklərlə iç içə yaşayan Kürdlərə onlara demokratik haqların veriləcəyi onlara başa salınmalıdır. Kürdlərlə qonşuluqda yaşayan Türk etnosuna bağlı olanları ayıq və sayıq olmağa çağırmaqla bərabər onların müdrükləri lazimli tədbirlər görmək üçün hazirlıq görməlidirlər.

Güney Azərbaycanla sərhəd olan bütün etnoslar və qardaş toplumlarla dostluq bağlarını genişləndirməyə çalışaraq onlarla lazimli zaman işbirliyi içərisində olmaq üçün gec olmadan  bugündən etibarən diplomatik əməkdaşlıqlar aparılmalıdır.

 

 

قایناقلار:

 

1                    تاج الملوک: دیار با هیتلر:

http://www.peiknet.com/1384/hafteh/06mehr/hafteh_page/83tajolmoluk.htm

2                    دولت و آذربايجان نماينده لری آراسيندا موافقت اولونموش قراردادين متنی:

http://www.adf-mk.org/T/at.html

3       سومکا (1): http://www.sumka.blogfa.com/post-2.aspx

4       تاج الملوک: ملاقات با استالین: http://www.peiknet.com/1384/hafteh/06mehr/hafteh_page/83tajolmoluk.htm

5                 تاج الموک: من 57 سال در كوران حوادث سياسی ريز و درشت ايران بودم:

http://www.peiknet.com/1384/hafteh/04azar/hafteh_page/50taj.htm

6                    فارس راسیستلیگینه یالتاقلیق ائدنلر می، یوخسا اؤلولرینی قبیردن قبیره سوخانلار می؟ http://www.baybak.com/Baybak/wp-print.php?p=3969

 

7                    آذربایجان: :

http://www.golshan.com/asnaad/toodeh/html/azarbayjan.html

8                آذربایجان: ،صحیفه 257- 276.

http://www.golshan.com/asnaad/toodeh/html/azarbayjan.html

9                آذربایجان: صحیفه 299.:

http://www.golshan.com/asnaad/toodeh/html/azarbayjan.html

 

10               آذربایجان: صحیفه 310.

http://www.golshan.com/asnaad/toodeh/html/azarbayjan.html

11               آذربایجان: صحیفه 340:

http://www.golshan.com/asnaad/toodeh/html/azarbayjan.html

 

 

 

 

 

ایشیق سؤنمز 08.03.2007

 

durna