| İran dövləti necə qondarıldı?! |
|
Aşağıdakı yazı 1998-ci ildə
Azadlıq Radiosunun Azərbaycan Xidmətində H.Türkellinin
hazırlayıb yaydığı Cənubdan
gələn səslər verlişində
səsləndirilmişdir.
İran dövlətinin qondarılması prosesi Çar Rusiyasını hücumarından və Qacar dövləti tərəfindən qorunan Azərbaycan xanlıqlarının işğalından sonra Qacar dövləti tamami ilə zəifləmiş və 1-ci dünya müharibəsi ərəfəsində böyük dövlətlərin nəzarətinə keçmişdi. İran tarixçiləri Qacar şahları haqqqında təhqir dolu fikirlər yaymaqla bəzən də bacariqsiz, kifaətsiz olan Qacar şahlarını deyil, Türk dövlətçiliyi və Türk idarəçiliyini gözdən salmağa çalışırlar. Bəzilərimiz isə Qacarlıara nifrət edirik, bu nifrətin arxasında təbi ki, əsasən Panfarsizmin əks təbliğatı durur. Görəsən qəddarlığlına, ləyaqətsizliyinə, bacarıqsızlığına, əxlaqsızlığına görə farslar öz şahlarından imtina edirlərmi?! Amma onlar Bəhram, Dariyuş, Kuruş kimi öz doğma bacıları və anaları ilə bir yatağa girən "evlənən" babalarından ağız dolusu danışırlar. Onların "adilliyinə " "böyüklyünə" həsr olunmuş minlərlə kitab yazırlar. Həmin
tarixçilərin böyük əksəriyyəti Qacar şahlarını,
Qacar dövlətinin ərazisinin parçalanmasına görə
deyil mövcud olmayan İran dövləti ərazisinin parçalanmasına
yol verdiklərinə görə xəyanətkar adlandırılar.
Amma çol ərəblərinin qarşısnda dizə çöküb
yalvaran Sasanilərin "qəhrəman"lığından
danışmaqdan və yazmaqdan yorulmurlar. Onlar İran adlı
mövhum bir dövlətin mövjudluğunu uydurur, bu uydurmaya inanır,
həm də bu uydurmanı insanlara sırımağa çalışırlar.
Həqiqətən də onlar bu uydurmanı insanlara sırımağı
müəyyən qədər bacarıblar. Bizim insanların
bir hissəsi hələ də İran dövlətinin
tarixən var olduğına inanmaqdadırlar. Bu, təbi
ki, fars tarixçilərinin əməyi həm də şovinizm
əsasında 1925-ci ildən sonra qondarılmış
İran dövlətinin bu uydurmanı zorla insanlara sırıması
nəticəsində mümkün olub. Məsələn İran
tarixçiləri iddia edirlər ki, güya şimal xanlıqlarını
Nasirəddin şah bir və yaxüd bir neçə qıza
dəyişib! Məntiqli insanlarda yalnız gülüş doğuran
bu iddialar nə yazıq ki, həqiqət kimi
insanlara sırınıb . Amma Çar Rusiyasi ilə Qacar dövləti
arasında gedən uzun müddətli müharibədən danışılımır.
Köhnə Federal quruluşlu dövlət olan Qacar dövlətinin
zəifləməsi təkcə bu dövləti idarə
edənlərin bəzisinin zəifliyi ,qətiyətsizliyi
ilə bağlı deyil, həm də xarici hücumlar
və müdaxilələr və daxili xəyanətlələ
bağlı məsələdir.Qacar dövlətinin son dərəcə zəifləməsinə və dağılmasına gətirib çıxaran amilləri isə obyektiv şəkildə araşdırmaq gərəkdir. Doğrudur, bu dövlətin başında duranların məşrutiyyətə müqavimət göstərməsi və əhalinin sosyal-iqtisadi durumunun ağırlığı, Qacar hakimiyyətinin ictimai dayaqlarının sarsılmasına səbəb olmuşdu. Amma bu ingiltərə konsulluğunun qapıçılığı ilə öyünən bir oyuncağın hakimiyyəti ələ keçirməsinə gətirib çıxaran təkcə amil ola bilməzdi. Qacar Dövlətinin dağılmasına və fars milliyyətçiliyi əsasında İran adlı bir dövlətin qurulmasına səbəb olan əsas amil xüsusi ilə 1-ci dünya müharibəsi zamanı qərbin özəlliklə Böyük Britaniyanın və Rusiyanın müdaxilələri idi. Fars tarixçilərinin əsərlərində Mirpənc Rza Palanini dəyərli və qətiyyətli bir fars şahı kimi təqdim olunur və iddia dilir ki, güya həmin adam dağılmaqda olan İran dövlətini xilas etdi və unitar bir dövlət qurdu. Amma bu həqiqətə uyğun deyil, necə ola bilər ki, güclü siyasi şəxsiyyətləri olan 130 illik bir dövlətdə tanınmışlar deyil, adi bir mehtər hakimiyyəti mənimsəyə bilsin?! Bu məsələ təbi ki, ingilətərənin planları əsasında həll olundu. Bilindiyi kimi 1-ci dünya müharibəsinə dünyanın ən güclü və uzun ömürlü Türk müsləman İmpratorluğu olan Osmanlı Dövləte Aliyəsi də qoşulmuşdu. Osmanlı dövlətinin müharibəyə qoşulması isə əsrlər boyu "xaç yürüşləri" ilə bu İmpratorluğun məhvinə çalışan qərb və Xristiyan dünyasının əlinə əlverişli bəhanə vermişdir. Müharibə Qacar Dövlətinin sərəhədlərində aparılırdı. Rusiyanın güclü hücumları nətijəsində zəifləmiş Qacar dövlətinin müharibədə tərəfsiz qaldığını elan etməsinə baxmayaraq, müttəfiqlər ( Fransa, Amerika, Rusiya və Böyük Britaniya) Qacar dövltinin ərazisinə soxuldular. Qacar dövlətinin şimal ərazisi olan Güney Azərbaycan Məmləkəti rusların, Qacar dövlətinin cənubu isə İngilislərin nəzarətinə keçmişdi. Bu, o demək idi ki, Qacar dövləti, öz ərazisinə nəzarətini tamami ilə itirmişdi. Müttəhidlər isə Qacar dövlətinin ərazisində istədiklərini edir, bütün planlarını maniəsiz həyata keçirirdilər. Dövlət ərazisində anarşi höküm sürürdü. Qacar dövlətinin qayda-qanunları deyil, Böyük Britanıyanın və Rusiyanın qayda, qanunları işləyirdi. Müttəhidlər Osmanlı dövlti ilə yanaşı onların mənafeinə təhlükə törədə biləcək Qacar dövlətinin məhv edilməsini də qaşıya məqsdə qoymuşdular. Qacar Dövlətinin ərazisindən həm düşmən cəbhəsi olan Osmanlı İmpratorluğuna qarşı həm də Qacar dövlətinə qarşı istifadə edirdilər .Onlar hətta Güney Azərbaycan ərazisinin qərbində Erməni dövləti də qondardılar. Azərbaycanın qərb bölgələrində Erməni-xristiyan dövlətinin qondarılması prosesi bir çox məsələlərin aydınlaşmasına kömək edəcəkdir. Güney Azərbaycanda Erəmni dövləti Günəş təqvimi ilə 1288-ci ilin yazında Məşrutə hərəkatını boğmaq məqsədi ilə Ruslar Cənubi Azərbaycana qoşun yeritdilər. Rus ordusu Təbriz və Urmu şəhərinə daxil olarkən əhali əcayib bir mənəzərənin şahidi oldu. Bu mənzərə hamını heyrətləndırmışdır. Təbrizdə, Urmuda və Urmu ətrafı kəndlərdə yaşayan azsaylı Erməni və Assurilər Rus ordusunu qarşılamağa çıxmışdılar. Ermənilər, işğalçı Rus ordusunu dövrələyib, çalıb, oxuyur və oynayırdılar. Türklər isə basqınçı və işğalçı ordunun Erməinilər tərəfindən isti qarşılanmasından təcublənirdilər. Əslində millətimiz təccüblənmək əvəzinə həmin an başa düşməli idi ki, 1834-cü ildən bəri Amerika, Böyük Britaniya, Fransa və Rusiyadan Cənubi Azərbaycan ərazisinə gələn və Urmuda casus yuvası quran missyoner təşkilatların məqsdi məsihiyyəti təbliğ etmək deyil, burada yaşayan Ermənilər və Assuriləri xəyanətə hazırlamaq və silahlandırmaqdır. Onların tikdiyi məktəblər, xəstəxanalar və onların qurduğu xeyriyyə cəmiyyətlərinin hamısı şər yatağı, onların göndərdiyi keşişlər, həkimlər , müəllimlər isə əslində xüsusi ximət orqanlarının əməkdaşları idi. Onlar 90 illik fəliyyətləri müddətində Cənubi Azərbaycanda xristiyan bir dövlət yaratmaq üçün zəmin hazırlayırdılar. Kilislərdə Ermənilər və Assurilərə Məsihdən deyil, üsyndan dərs keçirmişlər. Onlara dini qaydaları deyil , Türklərin kütləvi qətli yollarını təlim edirmişlər. Qeyd etdiyimiz kimi, 1-ci dünya savaşı başlayarkən Müttəfiqlər, Osmanlı Dövləte Aliyesinə qarşı müharibəyə başladılar. Qacar dövləti tərəfsiz olduğunu elan etsə də Ruslar Qacar dövlətinin şimalına , İnglislər isə cənubuna soxuldular. Cənubi Azərbaycana soxulan Ruslar onlara müqavimət göstərən Azərbayjan ordusuna divan tutdular. Türkləri məhv etəmyə başladılar. Onların azuqə və zumarlarını talayır, ev-eşiyinə od vurur, mal-heyvanlarını aparırdılar. Beləliklə Güney Azərbaycan, tamamı ilə Rusların işğalına məruz qaldı. Tarixi sənədlərə əsasən bu təşkilatların məqsədi Türkiyyədə, mümkün olmadısa Cənubi Azərbaycan ərazisində müstəqil "Erməni-Assuri dövləti" yaratmaq idi. 1917-ci ildə isə Rusiyada Oktobr inqilabı baş verdi . Yeni hakimiyyət rus İmperatorluğunu və imperatorluğun qəsb etdiyi ərazini qorumaq məqsədi ilə xaricdəki qoşunların geri qayıtmasını əmr etdi. Cənubi Azərbaycandaki Rus ordusu geri qayıtmaq məcburiyyətində olduğunu anlayan kimi qətil və qarəti daha da gücləndirdi. Onlara belə bir göstəriş verilmişdi: " Elə talayın ki, insanlar 10 illərlə özünə gələ bilməsin" Amma Ruslar Azərbaycandan çıxsaydı Ermənilər başsız qalacaqdı! Onun için Azərbaycan ərazisində Erməni ordusu qurulmalı idi. Arşiv səndlərinə əsasən Xristiyan ordusu Rusiyanın Qafqaz ordusunun komandanı General Lidenski, Müttəfiqlərin hərbi ateşeləri: Kolonel Şardin, Kapitan Març, Macor Steks və Kolonel Paykın başçılığı altında quruldu. Andrınikin başçılığı ilə İrəvandan yola düşmüş 8 000 nəfərlik silahlı dəstələr də Urmuda qurulmuş bu orduyu qoşulmalı idi. Beləliklə Erməni- Xristiyan Ordusunun sayı 100 mini aşdı. Rus ordusu bölgəni tərk edərkən bütün hərbi silah -sursatı Ermənilərın ixtiyarına verdi və silahlı qatillər iki qat gücləndi. Onlar 1917-ci ildə " Bu andan etibarən sizin bütün müqqəddəratınıza Erməni- Xristiyan höküməti hakimdir. Erməni hökümətinin əmrlərindən böyün qaçıran hər kəs dərhal öldürüləcəkdir." Rusiya, Fransa və İngiltərənin göstərişi ilə qondarılmış bu hökümət 16 nəfərdən ibarət parlamentini də qondardı. Beləliklə Cənubi Azərbaycanın qərb bölgəsi Ermənilərin hərbi nəzvarətinə keçdi. Martın 17-dən etibarən rəsmən Azərbaycanlıların soyqırımına başlandı. 1296-ci Günəş ilinin İsfənd ayınını 3-də Erəmni ordusu, Urmunun bütün bölgələrini ələ keçirdi və Urmu şəhərinə tamami ilə hakim oldu. Salması ələ keçirmək istəyən ermənilər İsmail ağa Simitqo ilə müzakirələrə başladılar. Marşımon, Salmasın qeyd -şərtsiz təslim edilməsini tələb edirdi. Marşımonla, İsmail ağa Simitqo arasında keçirilən görüşün sonunda İsmail Ağa simitqo qəzəblənərək marşımonu öldürdü. Marşımunun ölümündən sonra harınlaşmış ermənilərin əlinə daha ciddi bəhanə düşdü və dinc türk əhalının kütləvi qırğınını daha da gücləndirdilər. Bu hadisə 1296-ci Günəş ilinin son çərşənbəsinə təsadüf edirdi. Həman gündən başlayan Türkqırma əməliyyatları düz 3 ay davam etdi. Ermənilər müsəlman Türkləridir! deyə hamilə qadınların qarnını yarır, ana bətnindəki körpələri bələ öldürürdülər. Azərbaycanın qərb bölgəsində qondardıqları Ermənistanda yalnız Ermənilər yaşamalıdırideasını əldə rəhbər tutaraq, qoca, uşaq demədən insanların başını kəsir, millətimizi məscidlərə doldurub diri-diri yandırırdılar. Tarixi faktlara görə Ermənilərə müqavimət göstərən Türklərin edamı isə daha ağır, əzab və işkəncələrlə icra olunurdu; Onların diri-diri burnu, dodağı, dili, qolu, ayağı kəsilir, başlarının dərisi soyolur gözləri çıxarılırdı. Azərbaycanlıların soyqırımı 3 ay müddətində davam etdirildi. Ermənilərlə döyüşən Xoy əhalisi isə Böyük Erəmnistan xülyasını əldə rəhbər tutaraq İrəvandan hücuma keçən daşnaklarla döyüşürdü. Ermənilər Xoy əhalisinin ciddi müqaviməti ilə üzləşdilər. Müsəlman Azərbaycanlıların dəhşətli soyqırımı davam edirdi. Həddindən artıq ziflədilmiş Qacar hakimiyyətinin başı isə qərbın kəşfiyat orqanlarının paytəxtdə və saraydaki təxribatlarını çevriliş cəhdlərini dəf etməyə qarışmışdı. Dövlət ərazisinə nəzarətini itirmiş Qacar hakimiyyətinə qarşı farslar ciddi hücuma başlamışdılar. Sarayda hər an farsların dövlət çevrilişi gözlənilirdi, ona görə də Urmu əhalisinin xilası üçün hər hansı tədbirin görülməsi mümkün olmurdu. Bundan başqa Qacar ordusu müttəhidlərin ordusu ilə döyüşmək iqtidarında deyil idi. Müslman və Türk soydaşlarının qırğınına Osmanlı dövləti göz yuma bilməyəcəyini bəyan etdi. Azərbaycan türklərinin məhv edilməsinin qarşısını almaq və müsəlmanları erməni qəsbkarlarından xilas etmək üçün Cənubi Azərbaycanlılar, Türkiyyə dövlətinə müraciətlər göndərirdililər. Bu zaman Osmanlı Türkiyyəsinin xilaskar ordusu Cənubi Azərbaycana daxıl oldu və erməni işğalçılarına qarşı mübarizəyə başladı. Leninin komonist inqilabini qorumaq məqsədi ilə Rus qoşunlarının getdiyindən istifadə edən Qacar Azərbaycan hökümətinin qalıqları, əli baltali oraqli yerli əhali bir tərəfdən, Osmanlı qoşunları isə başqa tərəfdən erməni qəsbkarlarına qarşı müharibəyə başladı. Xoyda qırğınlara aparan Andranik qoşunlarını tərk- silah edən Türkiyyənin qortuluş ordusu daha sonra Urmu yolunu tutaraq Azərbaycanın qərb bölgəsini erməni terrorçularından təmizlədi . Doğrudur,
Osmanlı Türkiyyəsinin xilaskar ordusu avropalıların
Cənubi Azərbaycanda erməni dövləti qondarmaq
məqsədinin gerçəkləşməsinə imkan
vermədi və Türkiyə qoşunlarının hücumu
nətisində Avropalıların qondardığı
hakimiyyət məhv edildi amma avropalılar Osmanlı
İmpratorluğu ilə birlikdə Qacar dövlətini
də məhv etməyi nəhayət bacardılar. Qeyd
etdiyimiz kimi onlar hələ 1834-cu ildən etibarən bu
planı həyata keçirməyə başlamışdılar
.Qacar dövlətinin ərazisinə gələn bütün missyoner təşkilatların məqsədi həm də Türk müsləman dövləti olan Qacar dövlətini məhv etmək onu yerində, insanları qulağı sırğalı kölələrdən ibarət olan yeni bir müsəmləkə qurmaq idi. Hindistan yolu üzərində yeni bir müstəmələkə qurmağı Böyük Britaniya hələ əskilərdən planlayırdı. Buna görə də Azərbaycanın düşünən beyinləri həm 1-ci dünya müharibəsi ərəfəsində həm də ondan daha əvvəl məhv edilirdi. Səttarxanın( İngiltərə missyoneri Erməni Yeprim tərəfindən şəhid edildi), Səqqətülislamın, Şeyx Məhəmmədin və başqa Azərbaycan mübarizlərinin qətli İngilislər və Rusların bir-başa əmri və icraçılığı ilə baş vermişdir. Səbəb isə bəlli idi: Zəiflədilmiş Qacar dövltəi məhv edilməsəydi hər an yenidən qalxına bilir və qərbin mənafei üçün əngələ çevrilə bilirdi və onlar 1925-ci ildə buna rəsmən nail oldular. Yəni missyonerlərdən ibarət bir "dövlət" qurdular. Qulağına çoxdan ingilis sırğası taxılmış, buyuruqdan çıxmayacağına and içmiş bir kölə olan ingilis missyoneri Rıza Palani bunun üçün hazırlanmıışdı . Böyük Britaniyanın xüsusi xidmət orqanı olan İntlegent Servis tərəfindən əvvəlcə, Ordu başçısı, (1921) də isə müdafiə naziri olaraq Qacar hakimiyyətə sırındı. Qacar hakimiyyəti isə İngiltərəyə güzəştə getməklə dövləti qorumağa çalışırdı. Rza palani artıq Rza Xan kimi təqdim olunurdu, intelegent Servisin aldatma metodlarının köməyi ilə müəyyən nüfuz qazanan Rzaxan daha sonra dövlət çevrili nəticəsində Məmaleke Məhrusənin baş naziri (1923) və nəhayət padışahı elan olundu.Oyuncağa çevrilmiş 5-ci "Məclis" İngilislərin təzyiqləri və Rıza Palaninin sılahına tabe olmağa məcbur oldu və Qacar dövlətinin hakimiyyətinə son verilməsi ilə bağlı qeyri qanuni və anayasaya zid olan bir qərar çıxardı . Dövlətin quruluşu dəyişdirildi və fars milliyyətçiliyi əsasında unitar sistemli İran diktaturası "İran Şahlığı" qondarıldı . Türk Dövlətı olan Qacar dövləti ilə birlikdə Türk idarəçiliynə son qoyuldu. Qacar dövltində xüsusi əhəmiyyətli yerə və statusa malik olan Güney Azərbaycan Məmələkəti isə bütün hüquqlarından məhrum edilmiş şəkildə fars işğalçılarının caynağına keçdi. Rus ordusunun tökdüyü qanlar qurumamış və Rus ordusunun törətdiyi vəhşiliklərin üstündən 5-6 il keçməmiş Azərbayjan Türkləri fars terrorçularının vəhşiliklərinə məruz qaldılar. Azərbaycanın düşünən beyinləri məhv edilmiş, görən gözləri çıxarılmış və vuran qolları kəsilmişdi. kəndilərindəki buğda-un ehtiyatları oğurlanıb aparılmış mal-qaraları Rusiyaya nəql edilmişdir. Bu vəziyyəti təsəvvür etmək belə çətindir. Ortada heç nə qalmamış. Azərbaycanın uzun ömürlü qocalarından çoxlarımızım eşitdiyi aclıq dövrü, 3 tümənlik deyə bir zəmandan bəhs edərdilər. Uşaqlıq illərində atalarımızı-babalarımızı Türk dövlətçiliyimizi qoruya bilməməkdə ittiham edərkən Qacar dövrünün və eləcə də aclıq illərinin canlı şahidi olmuş Sarabdakı qonşumuz İman əmi və başqa yaşlı insanlar o günlər barədə bələ danışardilar: Rus ordusu və Ermənilər ölkəni elə talamışdılar ki, insanlar ot yeməyə uz gətirmişdı. Ağır xəstəliklər yayilmışdı. İnsanlar məscidlərə toplaşıb ölümlərini gözləyirdilər və haqqinda yazmaq belə insan üçün çox çətin olan hadisələr... Azərbaycan Türklərinin bu durumundan sui-istifadə etəməklə farslar bu günkü hakim millət Ağa və böyük millət olmağı bacardılar. Çünkü İranın mərkəzində və şimal qərbində yaşayan farslar müharibə səhnəsindən uzaqda qalmışdılar. Qarınları tox, un-buğda anbarları dolu və hiləgər ağılları başlarında və ! Məhz ona görə də İran dövltinin qurulması mümkün oldu. Min ildən çox onların kültürünə, dilinə hörmətlə yanaşan və millətlərə ədalətlə hökümranlıq edən Türkləri, rəqiblərini arxadan vurmaq, qonaq başı kəsmək və yıxılanı ayaqlamaqdan ibarət milli şəxsiyyətə sahib olduqlarına görə Devirə bildilər. Doğrudur, bu prosesin inkişafına mane olmağa çalışanlar da oldu. Məsələn Şeyx Məhəmməd Xiyabanlının başçılığı ilə 1919-cu ildə hərəkat başladı və müstəqil Azərbayjan (Azadistan)dövlətinin yaranması ilə nəticələndi. Amma çoxdan bəri Türk hakimiyyətlərinə son qoymaq və tamami ilə asılı müstəmləkə qurmaq planların tətbiq eməyə başlayan ingilislər və ruslar bu dövlətin mövcudluğuna son qoydular. Məhz yoxdan onlar üçün "dövlət" quran, onlar üçün "Tarix" uyduran və onlar üçün "bayraq" cızan Britaniyanın İntelegent Servisinə və qoşunlarına, Çar Rusiyası ordusuna həm də farslar daima minnətdar olmalıdırlar. Təsadüfi deyil ki, bu gün dəFars-İran rejiminin ən böyük dostlari və himayəçiləri də Rusiya, İngiltərə və Fransa rejimləridir. Qacar dövltinin tərkibində olarkən Azərbaycanın yeri və statusu: Adı "Məmalekel məhrusətel Qacar" Qacarın qoruduğu məmləkətlər olan Qacar dövləti Türk tayfası olan Qacarlar tərəfindən quruldu Qacar dövlətinin banisi Ağa Məhəmmədxan Qacar, Azərbaycan Səfəvi dövlətinin parçalanmış ərazisini böyük bir hissəsini məkəzləşmiş dövləti idarəçiliyində yenidən birləşdrməyi bacardı. Qızları vasitəsi ilə Türk Səfəvi Dövlətinə nüfuz etmiş və hakimiyyəti ələ keçirmiş farsları dəf etməyi bacaran Türk xaqanı Ağa Məhəmmədxan Qacar! Qacarlar qədim federal quruluşlu daha doğrusu türk dövlət idarəçiliyi olan xanlıqları bərpa etdilər. Qacar dövlətinin tabeliyində olan məmələkətlər müdafiə və xarici siyasət məsələlərində mərkəzi hökümətə tabe olsa da iqtisadi və mədəni məsələlərdə bir qədər müstəqil idi. Qacar dövlətinə tabe olan Azərbayjan məmələkətinin daha geniş hüquqları və səlahiyyətləri var idi. Əvvəla Azərbaycan Məmələkətinin paytəxti olan Təbriz həm də dövlətin 2-ci paytəxti hesab olunurdu. Təbrizi Vəliəhdnişin deyə xitab edirlərdi. Yəni Qacar dövlətinin gələcək başçıları və şahlarının hamısı Təbrizdə yaşayırdılar. Dövlətin gələcək padişahı -vəliəd Azərbaycan Məmləkətinin hökümdarı idi. Qacar dövlətinin başçısı olacaq vəliəhd, padişah oldükdən sonra Paytaxta gedir və taxta əyləşirdi. Azərbaycan məmləkətinin başçısı, ordu qurmaq səlahiyyətinə malik idi. Məsələn şimal xanlıqlarının qaytarılması üçün hazırlanmış ordunun hamısı Azərbaycan Türklərindən ibarət idi və Azərbaycanın o vaxtkı hökümdarı vəliəhd Abbasxan Mirzə tərəfindən qurulmuşdu. Azərbaycanın xarici dövlətlərlə diplomatik əlaqələr qurmaq imkanları da geniş idi, məsələn məşrutə hərəkatının ideoloqlarından olan Mirzə Yusifxan Azərbaycanın Fransada nümayəndəsi sayılırdi. Rus-Fars tarixçilərinin iddialarının əksinə olaraq Azəraycan məmələkəti şimlli-cənublu bir bütün idi. Azərbayjan Məmləkətinə isə 4 Bəylərbəyliyi daxil idi: 1.Təbriz Bəylərbəyliyi: Ərdəbil Xanlığı , bu günkü şərqi, qərbi Azərbaycan . 2. Çuxursəd Bəylərbəyliyi: İrəvan Xanlığı , Naxcivan Xanlığı, Bəyazid Xanlığı, Zəngəzur Xanlığı. 3.Şırvan Bəylərbəyliyi : Şəki Xanlığı , Şamaxı Xanlığı, Bakı Xanlığı, Quba Xanlığı, Dərbənd Xandığı, Gəncə Xanlığı . 4.Qarabağ Bəylərbəyliyi: Şuşa Xanlığı, Qarabağ Xanlığı. Qacar dövlətində Padişah əmri qanun idi. Azərbaycan istisna olmaqla Qacar dövlətinin tabeliyində olan məmləkətlərin heç birisində qayda qanun deyə bir anlayış mövcud deyil idi. Qanun təerminin işlənməsinin qadağan olduğu Qacar dövlətində qanunla çalışan bir məmələkət var idi . O, məmləkət Azərbaycan idi. Azərbaycanın dövlət divanxanası "Azəraycan Dövlət Divanxanasının qaydaları"adlı qanunla fəliyyət göstərirdi. Azərbaycan hökümdarı Padişahdan Azərbayjanda qanunlar tətbiq olunmasını xahiş edərkən Qanun sözünə həssas olan Padişah, həddindən artıq qəzəblənir və deyir: O sözün yerinə qaydaların tətbiqinə icazə verərik! Azərbaycan məmələktinin dövlət divanxanasının qanunlarla işlədiyi. O dövrlərdə Qacar dövlətinə tabe olan məmləkətlərin heç birin də qanunun nə olduğunu anlamırdılar. Azərbaycan Məmləkətində isə Azərbaycan Türklərinin dilinə kültürünə sayğı göstərilir onun inkişafına hər-tərəfli yardım göstərilirdi. Qacar dövlətinin ərazisində ilk yeni tipli məktəb də elə Azərbaycanın paytəti Təbrizdə açılmışdi. (1882-ci ildə Azərbaycan marifçiliyinin atası Mirzə Həsənbəy Rüşdıyyə)və Türk dilinin tədrisi üçün ilk yeni tipli dərsliklər nəş edilmişdir. "Ana dili", "vətən dili" adlı yeni tipli dərsliklərin müəlifi də mərhum Mirzə Həsən bəy idi. Doğrudur mürtəce qüvvələr dəyərlərini itirəcəklərindən qorxduqlarına görə Təbrizdə açılan ilk yeni tipli məktəbi dağıtdılar bu dövlətin və hakimiyyətin deyil mürtəce molaların işi idi. Qacar dövlətinin hakimiyyətində təmsil olunan bəzi panfarsist qüvvələsə yeni tipli məktəblərə deyil, Türk məktəblərinə qarşı olduqlarına görə mürtəce mollalara gizlicə yardım edirdilər. 1897-ci ildə isə yeni tipli məktəblərinin açılması barədə məlumat alan Qacar şahı, Mirzə Həsən bəyi yeni tipli Türk məktəbi açmaq üçün Dövlətin paytəxti Tehrana dəvət edir və məktəblərin yayılmsına xüsusi diqqət yetirir. Qacar dövlətini əsas özəlliklərindən biri də Dövlət dilinin tətbiq olunmamasıdır. Çoxmilləti və federal sistemli dövlət olan Qacar dövlətinin tabeçiliyində olan məmələkətlərın əhalısı hakimiyyətdə olan Türklərin dilində yazıb -oxumağa məcbur edilmirdi.Saray və orduda rəsmi dil Türk dili olsa da bu resmi ve yazılı olaraq bəyan edilmirdi. Hətta məşrutə inqilabı nəticəsində 1906-ci ildə məclisdə qəbul olunmuş və Qacar dövlətinin başçısı müzəffərəddin Şahın imzaladığı ilk Ana Yasada dövlət dilinin uyqulanması ilə bağlı hər hansı bir maddəyə rastə gəlmirik . Fars dilinin dövlət dili kimi təqdim olunması prosesi isə 1925-ci ildə dövlətçevrilişi nəticəsində hakimiyyətə gətirilən və Məmaleke Məhruseye Qacarı öncə Məmaleke Məhrusəye İrana, daha sonra Keşvəre Padeşahiye İranla əvəzləyən (1936) Rza Palani və onun missyoner ağalarının zorakılığı nəticəsində mümkün oldu. Xarici kəşfiyat orqalarının göstərişi ilə o, öz adını da atasının adını da dəyişdi: Özünü Rza Şah pəhləvi elan etdi! Rza Palani bu şəkildə Xarici Kəşfiyat orqanlıarının göstərişlərini qeyd-şərtsız yerinə yetirir. Farsların əsil niyyətləri barədə Mola Nəsrəddin jurnalında bir fakta işarə etmək yerinə düşərədi. Molla Nəsrəddin jcurnalı Bakı məscidlərinin birində Cənubluların iştirakı ilə keçirilən toplantıda çxış edən cənublu bir din xadiminə istinadən yazır: "Artıq vəziyyət bildiyiniz kimi deyil! İndi bizim ölkəmizə farslar hakimdirlər!" Cənublu din xadimi Gilanda çap olunan və fars millətçilərinin orqanlarından biri olan qəzetdə yazılanları tərcümə edir: " biz farslar Qacar sülaləsini, nəuzobellah şahlıq sistemınə qarşı olduğumuza görə deyil, Türklüyünə görə devirdik və yerinə əsil soy - fars soyuna mənsub olan, təmizqanlı Rzaxanı şahlıq taxtına çıxardıq və İran şahlıq idarəsini qurduq." O, yeni qurulmuş İran dövlətini 2500 il əvvəl qurulmuş Sasani dövlətinin davamı hesab edirdi. Bu uydurmanı sübut etmək üçün sürü-sürü tarixçıini işə cəlb etmişdi. Qissaca olaraq onu da qeyd edək ki, hətta İran adlı bir dövlətin Əfqanlar tərəfindən qurulmasi nəzərdə tutulmuşdu. Hətta Əfqanlar, Farslari idea oğurluğunda ittiham edirlər. Bu barədə başqa yazılarda danışacağıq. Səlcuqlardan başlayaraq Qacarlarla bitən bütün dövlətlər Türk dövlətləri və bizim doğma dövlətlərimiz olmuşlar. İstər bu dövlətləri Səlcuqlar istər, Ağqoyunlu, Qaraqoyunlular istər isə də Qızılbaşlar, Avşarlar, Bayatlar qursun. Bu tayfaların hamısı Türk tayfalarıdır və onların qurduğu dövlətlər isə bizim doğma dövlətlərimizdir. H.Türkelli 1998 |
menbeh : GAMOH www.iranisnotpersia.com