Azərbaycanla İsrail arasındakı
əlaqələr formasını tapmaqdadır. Təl-Əviv
rəsmiləri və eləcə də müxtəlif
yəhudi icmalarının nümayəndələri son
vaxtlar ölkəmizə ardı-ardına səfərlər
edir, qarşılıqlı təmaslar qurmağın
əhəmiyyətinin anlatmağa çalışırlar.
İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan
ölkələrdən olsa da, bu dövlət Bakının
balanslı siyasi kursundan kənarda qalmışdı.
Buna baxmayaraq, Təl-Əviv Azərbaycanla əməkdaşlıqdan
məmnundur, ən əsası, iki ölkə xalqları arasında
qarşılıqlı inam atmosferi formalaşmaqdadır.
İsrail diplomatları Azərbaycanda antisemitizmin olmadığını
dönə-dönə vurğulayırlar. Təl-Əviv müsəlman
müttəfiqi olan Azərbaycana, dialoq və əməkdaşlıq
üçün tərəfdaş kimi baxır. Öz növbəsində,
Bakı üçün də İsraillə münasibətlər
qurmaq əz əhəmiyyət daşımır. Hər
şeydən öncə, balaca Azərbaycan beynəlxalq
aləmdə mövqeyinin möhkəmlənməsi və fövqəldövlətlər
tərəfindən səsinin duyulmasında bütün dünyada
sözü keçən yəhudi icmasının nüfuzundan
bəhrənələ bilər.
Artıq bu istiqamətdə praktik hərəkətlər
də var. Bir müddət öncə Azərbaycandakı
yəhudi icması Avrasiya Yəhudiləri Konqresindən (AYK)
ölkəmizin problemlərinin həllində beynəlxalq
səviyyədə yardım göstərməyi xahiş edib
və müsbət cavab alıb. Bunu dünən Bakıda keçirdikləri
mətbuat konfransında AYK-nın nümayəndəsi İosif
Zisels və İsrail Knessetinin azərbaycanlı deputatı,
ölkələrası parlament dostluq Assosiasiyasının başçısı
İosif Şaqal bildirdilər.
"İndi dünyanın bütün ölkələrindəki
İsrail təşkilatları öz səylərini əsasən
iki düzəlişin - "907" və "Cekson Venik"
düzəlişlərinin ləğvi ilə bağlı
Azərbaycanın mövqeyinin dəstəklənməsinə
yönəldib", - Zisels vurğuladı.
"Cekson Venik"in qənimləri...
AYK və Amerika yəhudiləri indiyədək müxtəlif
ölkələrlə bağlı "Cekson Veniş" düzəlişinin
ləğvində fəal iştirak ediblər.
Məsələn, Ukrayna son vaxtlara qədər bu müddəadan
yaxasını qurtara bilmirdi, məsələ az qala böyük
siyasi problemə verilmişdi, yalnız yəhudi icmasının
dəstəyindən sonra onlar düzəlişin aradan qaldırılmasına
nail oldular. "Bizim Amerika Konqresinə təsir təcrübəmiz
böyükdür", - Zisels xatırladır.
1974-cü ildə qəbul edilmiş "Cekson Venik" düzəlişi
ABŞ-ın keəmiş Sovetlər Birliyi ölkələrinə
kredit və kredit təmintı verməsini qadan edir, habelə
bu dövlətlərin vətəndaşlarının mühacirətini
məhdudlaşdırmasını nəzərdə tutur.
SSRİ artıq mövcud olmasa da, qanun İttifaq ölkələrinə
münasibətdə hələ də qüvvəsini saxlayır.
"907"-nin tam ləğvi mümkündür
"Azərbaycana qarşı "907-ci düzəliş"in
tam ləğvi də mümkündür və bu məsələdə
yəhudi icmasına bel bağlamaq olar", - bunu da Zisels
deyir.
1993-cü ildə qəbul edilmiş bu sənəd ABŞ-ın
Bakıya birbaşa yardımlarını qadağan edir.
Səbəb kimi isə guya Azərbaycanın Ermənistanı
blokadada saxlaması göstərilib.
Zisels düzəlişin ləğvində ABŞ-ın
yəhudi və erməni icmalarının qarşı-qarşıya
gələcəyinə inanmır. Belə ki, "hər
iki lobbi bir-biri ilə dil tapa bilər. Ermənilərin
də başqa məsələlərdə qarşılıqlı
istəkləri və əlaqələri var".
Qeyd edək ki, Avstraliyadan tutmuş Polşa və
Sloveniyaya kimi, 26 ölkəni birləşdirən AYK ABŞ-dakı
yəhudi lobbisinin köməyilə, bir çox beynəlxlaq
məsələlərdə sözünü keçirə bilir.
"Formaca yaxşı, məzmunca keyfiyyətsiz" münasibətlər
Şaqal İsraillə Azərbaycan arasında əlaqələri
"formaca yaxşı" adlandırsa da, "məhsuldar
və məzmunca da keyfiyyətli" olmasını
istəyir. Knessetin azərbaycanlı üzvünü qayğılandıran
əsasən məsələ Təl-Əvivdə ölkəmiz
barədə "informasiya boşluğunun" olmasıdır.
Hazırda İsraildə yeganə Azərbaycan təmsilçiliyi
"AZAL"-ın ofisidir. Halbuki bu ölkədə 100
mindən artıq azərbaycanlı yaşayır və
bu, diaspor fəaliyyəti üçün böyük qüvvədir.
Şaqalın fikrincə, Bakı-Təl-Əviv əlaqələri
bütün dünya üçün sivilizasiyaların yaxınlaşmasına
nümunə ola bilər.
Yəhudilərdən sürpriz dəstək
Zissels də ikitərəfli əlaqələri normal sayda
da, daha da genişlənməsinə tərəfdardır.
Onun fikrincə, İsraillə Azərbaycanı yaxınlaşdıran
bir çox zərurətlər var və bunlar düzgün
dəyərləndirilməlidir. Qonağın ən maraqlı
bəyanatı Şimali və Cənubi Azərbaycanın
birləşdirilməsi ideyası ilə bağlı oldu:
"İsrail bu səyləri dəstəkləməyə
hazırdır".
Heç olmasa, Mədəniyyət Mərkəzi...
Mətbuat konfrasında digər "problematik" mövzu -
İsraildə Azərbaycan səfirliyinin açılmasına
da toxunuldu. Prezident İlham Əliyev ABŞ səfəri
zamanı bu məsələnin "prinsipcə həll
olunduğunu" bildirdiyini xatırladan Şaqal eyni zamanda,
bunu "incə məsələ" sayır. Onun fikrincə,
ilkin mərhələdə Azərbaycan
Mədəniyyət mərkəzini və ya ticarət nümayəndəliyi
açmaq imkanlarını da nəzərdən keçirə
bilər.
Forum payıza qaldı...
Yeri gəlmişkən, mayın ortalarında Bakıda
"Dünya yəhudiləri və Qafqaz" keçirilməsi
planlaşdırılan Avrasiya və Ymumdünya Yəhudi
Konqreslərinin (YYK) birgə forumu ləğv edilməyib,
payıza qədər təxirə salınıb. Sizelsin sözlərinə
görə, bu, YYK-nın prezidenti Edqar Broffmanın
xəstəliyilə əlaqədardır. Tədbirin
siyasi səbəblərdən təxirə salınması
barədə məlumatlar isə həqiqəti əks
etdirmir. Forumun payızda yüksək səviyyədə keçirilməsi
nəzərdə tutulur. Tədbirdə prezident İlham
Əliyevin də iştirakı gözlənilir.
Bakıda İsrail şöləni
Bu arada, Azərbaycandakı yəhudilər İsrail dövlətinin
yaranmasının 58-ci ildönümü ilə əlaqədar
silsilə tədbirlərini davam etdirirlər. Dünən Bakının
Opera və Balet Teatrında bu münasibətlə
təntənəli mərasim keçirilib. Tədbirdə
İsrail səfirliyinin diplomatları, bu ölkədən
gələn qonaqlar, Avropa və Azərbaycanın
yəhudi icmasının üzvləri, milllət
vəkilləri eləcə də digər qonaqlar iştirak
ediblər. İsrailin ölkəmizdəki səfiri Artur Lenk
ölkələrarası münasibəti yüksək
qiymətləndirib. Knessetin azərbaycanlı depuatatı
İosif Şaqal isə diqqəti buna yönəldib ki,
Azərbaycanda 2500 ildir ki, yəhudi icması yaşayır
və onlar bu ölkənin bütün problemlərini bölüşürlər.
"Biz tam millətik və heç kəs bizi ayıra
bilməz", - bunu isə Milli Məclisin yəhudi deputatı
Abramov deyib.
Ələkbər RAUFOĞLU
|