Abbas Lisaninin meselesi Avropa Birliyinde en yuksek siyasi seviyyede diqqet merkezindedir.

Avropa Komissiyasinin prezidenti, Xose Manuel Barrozo, Abbas Lisaninin veziyyetini diqqetle izlendiyini beyan edib.

 

AVROPA KOMİSSİYASININ PREZİDENTİ XOSE MANUEL BAROZO: «AVROPA BİRLİYİ ABBAS LİSANİNİN MƏSƏLƏSİNİ ÇOX YAXINDAN İZLƏMƏKDƏ DAVAM EDƏCƏK»
2007-03-30 - 11:05:00

 

Xose Manuel Barozo


İranda həbs olunmuş azərbaycanlı fəal Abbas Lisaninin məsələsi Avropa Birliyində ən yüksək siyasi səviyyədə diqqət mərkəzindədir. Martın 20-də Avropa Komissiyasının prezidenti Xose Manuel Barozo bu məsələ ilə bağlı Avropa Parlamentinin Portuqaliyadan olan deputatı Paulo Kasakanın məktubuna cavab yazıb.

Azərbaycan Gənclər Federasyonu İsveçin rəhbəri Nərgiz Nedainin «Media forum» saytına verdiyi məlumata görə, cavab məktubunda X.Barozo bildirib ki, Avropa Komissiyası Lisaninin azərbaycanlıların mədəni hüquqları uğrunda dinc aksiyalarda iştirak etdiyinə görə görə həbs edilməsindən və onun hazırkı vəziyyətindən xəbərdardır: «Sizin xahişinizə uyğun olaraq mən cənab Lisaninin məsələsinə xüsusi diqqət yetirmişəm. Mən başa düşürəm ki, o, Ərdəbil həbsxanasında olduqca ağır şəraitdə saxlanır. Onun ailəsinin də vəziyyəti çox dəhşətlidir. Cənab Lisani 2007-ci il yanvarın 31-də aclıq aksiyasını dayandırıb və onun saxlanma şəraiti artıq həyat üçün təhlükəli deyil».

Avropa Birliyinin Lisani məsələsini xüsusi diqqətdə saxlayacağını bildirən M.Barozo yazır: «Müvafiq diplomatik kanallar vasitəsilə Avropa Birliyi İranda insan hüquqları, eləcə də etnik azlıqların dil və mədəni hüquqları ilə bağlı vəziyyəti çox yaxından izləyir. Avropa Birliyi cənab Lisaninin məsələsini çox yaxından izləməkdə davam edəcək».

Avropa Parlamentinin portuqaliyalı üzvü P.Kasaka Lisani ilə əlaqədar müraciəti Avropa Komissiyasının prezidenti X.Barozoya bu ilin fevralında göndərmişdi. Məktubda Kasaka hələ ötən ilin noyabrında Lisaninin məsələsini qaldırdığını, amma onun sorğusuna cavab verilmədiyini xatırlatmışdı.

Kasaka öz sorğusunda qeyd etmişdi ki, Lisani hüquq müdafiəçisi, siyasi fəaldır, hazırda Ərdəbil həbsxanasındadır, həbsxanada aclıq aksiyası keçirir, onun ailəsinə təzyiqlər edilir və bütün bunları nəzərə alıb Lisaninin işinə daha diqqətlə yanaşmaq lazımdır.

2006-cı ilin mayında «İran» qəzetində dərc edilmiş karikaturaya etirazına görə iyun ayının 3-də tutulan, Ərdəbil mitinqçilərinə başçılıq etmək, ictimai asayişi pozmaq və dövlət əleyhinə təxribat törətmək ittihamları ilə məhkəmə tərəfindən 16 ay həbs və 50 şallaq zərbəsi cəzasına məhkum edilən, sentyabrın 26-da isə 8 min ABŞ dolları məbləğində mülk girovunun müqabilində zaminə buraxılan Lisani oktyabrın sonundan bir başqa ittihamla həbsdədir. O, 2006-cı ildə İranda yeni dərs ilinin başladığı vaxt (23 sentyabr) Azərbaycan dilində təhsilin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyaların təşkilatçılığında günahlandırılır.

Hazırda Ərdəbil mərkəzi həbsxanasının 7-ci bölməsində saxlanılan A.Lisani 200-ci il yanvarın 1-dən 31-dək həbsxanada aclıq aksiyası keçirib.



«Media forum»

 


Avropa Komissiyasının rəhbəri Xose Manuel Barrozo: “Avropa İttifaqı Abbas Lisaninin məsələsini çox yaxından izləməkdə davam edəcək”

[ 30 Mart 2007 12:00  ]

Avropa Komissiyasının rəhbəri Xose Manuel Barrozo Abbas Lisaninin vəziyyətini diqqətlə izləndiyini bəyan edib.

APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Avropa İttifaqının bir saylı rəsmisi Avropa Parlamentinin (AP) Portuqaliyadan olan deputatı, eyni zamanda AP-nin İran nümayəndə heyətinin üzvü Paulo Kasakanın müraciətini cavablandırıb. İsveç-Azərbaycan Gənclər Federasiyasının sədri Nərgiz Nədai APA-ya bildirib ki, Avropa Komissiyasının sədri Güney Azərbaycan milli hərəkatının fəallarından olan Abbas Lisaninin işinin xüsusi araşdırılmasına qərar verib. N.Nədainin sözlərinə görə, bu sənədin əhəmiyyəti olduqca böyükdür, çünki Komissiya rəhbərinin mövqeyi həm də bu quruma üzv olan ölkələrin mövqeyini əks etdirir. Barrozo cavab məktubunda qeyd edib ki, A.Lisaninin məsələsindən xəbərdardır, onun İran azərbaycanlılarının mədəni və dil hüquqları uğrunda təşkil olunan dinc aksiyalarda iştirak etdiyi üçün həbs olunduğunu bilir. Bundan başqa, Avropa Komissiyasının rəhbəri məktubunda qeyd edir ki, Avropa İttifaqı diplomatik kanallar vasitəsilə İrandakı insan haqlarının, xüsusilə milli azlıqlara mənsub olan xalqların dil və mədəni hüquqlarının vəziyyətini yaxından izləməkdədir: “Avropa İttifaqı cənab Lisaninin məsələsini çox yaxından izləməkdə davam edəcək”. /APA/

 

http://mediaforum.az/articles.php?lang=az&page=03&article_id=20070330121109817
http://apa.az/news.php?id=53103
 

2007 04 02

نرگس ندائي

www.turkiran.com