|

Güney
Azərbaycan Birləşmiş Millətlər Təşkilatında
Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatı
-UNPOnun üzvlüyünə qəbul edildi.
Güney
Azərbaycan Bayrağı Güney Azərbaycanı
təmsil edən bayraq olaraq tanındı.
Güney
Azərbaycanı millətini UNPO da onun həqiqi
təmsilçıləri təmsil edəcək.
Birləşmiş
Millətlər Təşkilatında təmsil olunmayan
Millətlər və Xalqlar Təşkilatının
UNPO-nun Brukseldə Avropa Parlamentində Fevralın 1-2
də keçirilən 2 günlük ümumi yığıncağında
gündəlikdə olan əsas müzakirə mövzularından
biri Güney Azerbaycan xalqının bu beynəlxalq quruma üzvlüyünün
müzakirəsindən ibarət olub. UNPOnun Fevralın
01-də keçirilən iclasının ilk günündə
qurumun idarə heyəti tərəfindən UNPOnun
ilkələri və əsasnaməsi barədə
məlumat verilib. UNPOnun yeni fəalliyət programı
qəbul edilib. Daha sonra UNPO- nun baş katibi cənab
Marino Bursdachin üzvlük üçün müraciət etmiş Güney
Azerbaycan barədə məlumat vermişdir.
Ümumi
yığıncaqda çıxış edən UNPOnun baş
katibi cənab Marino Güney Azerbaycan Milli Oyanış
Hərəkatının bu yöndəki ərizəsinin
araşdırılması üçün 18 ay vaxt sərf
edildiyini, xalqı təmsil etmə hüququ və
səlahiyyəti üzrə həm Güney Azərbycanda
həm də xarici ölkələrdə ciddi araşdırılmalar
aparıldığını deyib. Onun söylədiyininə
görə, UNPO nümayəndələri məsələnin
araşdırılması üçün hətta Güney
Azərbaycanda qeyri-rəsmi səfərdə olublar
və məsələnı yaxından öyrəniblər.
Hərtərəfli incələnmələrin sonucda,
Birləşmiş Millətlər Təşkilatında
təmsil olunmayan Güney Azərbaycan xalqının
Təmsil olunmayan bir millət olaraq UNPOda təmsil olunmasının
vacibliyi qərarına gəlinib.
Bununla
yanaşı, Güney Azərbaycan millətini, onun milli oyanışı
və özgürlüyü uğrunda mübarizə aparan Güney
Azərbaycan Milli Oyanış Hərəkatının
təmsil etmə haqqına sahib olması
qənaətinə gəlinib.
2003-cü
ildə Güney Azərbaycanın Kəleybər şəhərində
tarixi Babək Qalasında keçirilən milli hərəkat
tərəfdarlarının qurultayında 10
minlərlə törən iştirakçısı
tərəfindən qəbul edilərək yüksəldilən
bayrağın Güney Azerbaycanın millətini təmsil
edən milli simbol- milli bayraq olması qərarına
varilib.
Fevlaın
1- də keçirilən UNPO qurultayında Güney Azərbaycan
Türkləri 4 nəfərlik nümayəndə heyəti
ilə təmsil olunub. Güney Azərbaycan nümayəndə
heyətinə şəxsən Güney Azərbaycan Milli
Hərəkatının lideri, GAMOH başqanı Dr. Çöhrəqanlı
başçılıq edib.
|