Dr.Çöhrəqanlı
bəydən uca Türk ulusuna; ZƏFƏRİN MUBARƏK
Uca millət və şərəfli
millətçi hərəkətçilər
Sayqı və sevgi dolu salamlarla
Yüz ilə aşqın savaş, mucadılə və özləmlər,
yüz minə aşqın şəhid,yaralı və
didərginlər,
və yüz minlər qeyrət və şərəf
simgələri ulusal yurdərlərin onbir illik(1995-2006)
alpərlər kimi yılmaz və sarsılmaz mubarizəsi sonuc
verdi.
Çox ağır və çətin onbir illik mucadılə sonu
bizə qovm, qəbilə və ən çoxu xalq diyənləri
dizə çökürdərək bir ulus və millət olduğumuzu kürsüyə
oturtduq.
Bizdə bir millətik demişdik, bizidə bir millət kimi tanıyın
demişdik, bizimdə bir millət olaraq tanıyıb milli
haqlarımızı verin və onlara sayqı durun demişdik.
Demişdik bu haqq olan haqları verin, verməzsəniz alarıq
demişdik, deyirdiniz və ginədə diyərək yazırsınız
(Fars faşizmi bir yana hətta eprimiş, sapları özümüzdən
olan kıravatlı və saqqalsız dinçilər və rusofil
solçular) siz bir millət deyilsiniz ki, milli haqlarınızda
olsun, dedik ki hey ardıcıl dalısı kəsilmıdən
yazın və deyin, çağırın və bağırın,
başlarına, ağızlarına vuraraq, çırparaq yazın
və deyin: Güney Azərbaycan, Güney Azərbaycan, sonunda oldu, dünya
tərəfindən qəbul olundu ki bizim ana və ata yurdumuzun
adı cənub yox cənubi Azərbaycan yox, Iran Azərbaycanı
yox, bəlkə Güney Azərbaycandır, Güney Azərbaycan.
Dediniz sizlər Türk deyilsiniz, bəlkə tatsınız, ya da
Hərzən, ola bilsin farsdan dönmüş də olasınız,
əlbətdə Azəridə ola bilirsiniz, ancaq Türk deyilsiniz,
indi Türklərə biraz bənzəsənizdə, onun
nədəni Moğullardır, onlar sizi Türk yapmağa çalışmışlar.
Dedik bu əritmə tuzağıdır, dedik bu bölüb utma
totiəsidir, dedik biz ən əsil və doğma Türklərik,
biz Oğuz Türküyük, biz Tanrıya bənzər millətik
və adımızda Türkdür Türk, dedik və istədik oda oldu.
Bildiyiniz kimi mənim və silahdaşlarımın yüzminlər
kərə danışıq və yazılarımızda
hətta bir dəfədə olsun belə Azəri sözü olmamışdır,
amma nə edəlim ki bu yöndə ocur ki görünür dahada ağır
mucadilə sürdürməliyik, niyə ki aşağıda
gələn səbəblər və əngəllər əl
ayağımıza dolaşmaqdadırlar :
-Rus və Fars emperyalarının çox güclü dövlətləri,
medyaları və polotikal gücləri dünyanın bütün uluslar
arası organlarında etgili və yetgili huzurlarıyla bizim
istəyimizə qarşı olaraq bir böyük əngəl kimi görünməkdədirlər.
-Bütün uluslararası organlarda(UN,UNPO,UNESCO,uluslar arası əfv
örgütü və...) və bütün tarix, cuğrafiya sənəd
və kitablarında bizim etnik adımız, millətimizin
xəbəri olmadan və istəmədən Azəri olaraq yazılıb
keçmişdir.
-Q.Azərbaycan mustəqil dövləti millət adını ana
yasasında Azəri olaraq qəbul etmiş və ardıca bütün
dünya səviyyəsində olan dövlətlər və onlara bağlı
olan və olmayan organlarda bizidə onların bir hissəsi kimi
Azəri olaraq tanımışlar.
-O əzəmətdə Türkiyə hükümətləri Kürd, Çərkəs,
Rum, Laz, Arnavut, Boşnak, Erəb və ...etniklərini boyayaraq
hamısını Türk adlandırmış və ardıca
onlara Türk kimliyi və pasaportu vermişdir, amma bizlərə
minlər kərə deməyimizə və yazmağımıza
və ağır etirazlarımız və
tənqidlərimizə rağmən Azəri deyib yazırlar,
üstəlik bütün rəsmi sənədlərindədə
bizləri Iran Azəriləri kimi qeyd edirlər.
-1945`lərdə qurulan milli hükumət zamanında da heç
yerdə, danışıqda, yazıda özəlliklə
sənədlərdə bizim etnik adımız Türk keçmir,
rəhmətlik Pişevərinin bir komonist idoloqu, müfəssir
və mubəlliği olduğuna görə düşüncələrindən
asılı olaraq və rus qaynaqlarına əsasən hər
yerdə bizə Türk yerinə Azəri və dilimizidə
Azəricə ya da Azərbaycanca yazılıb deyilmişdir.
-Sapları özümüzdən olan Rusofil və Farsofillər, yani
manqurtlaşmış soydaşlarımız, özəlliklə
dışarıda yaşayan solçular və fars faşizmi qulluğunda
olan gerçək Azərilər(yani dışarıda yaşayan
iki milyona yaxın Azərbaycanlının ən azı yüzdə
%99 u) hər yerdə huzur tapıb özlərini Azəri adlandıraraq
bizim doğma ulus adımıza qovuşmağımızda bir
ayrı əngəl kimi aktiv olaraq etgi buraxmaqdadılar.
-Sayqı duyduğumuz çox böyük bilim adamlarımızda
məələsəf çox dəyərli elmi, tarixi və
ədəbi yazılarında bizləri Azəri olaraq yazıb
tanıtdırmışlar, əlbətdə bilirik ki çağın
çətin və ağır şərtləri onları belə
davranmağa məcbur etmişdir, amma nə edəlim ki bu
əsərlədə bizim orjinal ulus adımıza qovuşmamızda
çətinlik yaratmaqdadır.
Və...
Hər halda mən və mənim bütün silahdaşlarım danışıq
və yazılarında, özəlliklə UNPO çıxışı
və UNPO sorumlularına sunduğumuz bütün sənəd və
mədrəklərdə(lütfən baxıb araşdırınız)ulus
adımızı Azərbaycan Türkləri və ulusal dil adımızı
Azərbaycan Türkcəsi təqdim etmişik.
Elə ki görünür UNPO nun verdiyi raporda bunlara rağmən
ginə bizi Azəri adlandırmışlar,elə ki bellidir üsteki
nədənlər hələlik bizə qalıb
gələrək UNPO sorumlularınada etgi buraxmışlar ya
da bir yanlışlıq olaraq bizləri Azəri adlandırmışlar.
Hər halda O orqanın bu yanlışlığın şubhəsiz
düzlətmək bizim yurd və ulus borcumuzdur, əlbətdə
ki millətimizin yardımı həməşə və
hər zaman su və hava kimi ehtiyacımızdır, deməmişdik
məyər bu yerdə qalan şərəf yükü el yüküdür
və el yükünü yalnız və yalnız el dashıyabilər,
ona görə ya millət.
Bilginizə çatdırmalıyam ki o raporu görən kimi özüm
və silahdaşlarım bütün imkanlarımızla onun düzəltilməsilə
ilgili çalışmaqdayıq və inanıram ki bezi tanınmaz
qaraçılar təxriblərilə yox bəlkə uca və
vəfali ulusçuların yardımıyla onu və ondan böyük
prablemləridə həll edəcəyik.
Amma istəklərimiz və hədəflərimizdə
həməşə yazdığımız və dediyimiz
kimi(UNPO da çıxışımda olduğu kimi) bəs
bəllidir, oda Self-determination dir yani oz muqeddəratımızı
öz əlimizə almaq və gələcəyimizi öz
əlimizlə təyin edib qurmaq deməkdir, yani çıxışımda
olduğu kimi mustəqil G.Azərbaycan dövləti qurmaq, ya da dünyada
hakim olan şərtlər(iç və dış şərtlər)bu
addıma hələlik imkan verməzsə kon-fedrasyon ya da bir
fedrasyon çərçivəsində yaşamaqdır.
Hər halda bizim son hədəfimiz haqqımız olaraq istiqlal
və ən son olaraq yurd və ulus birliyidir, bu qədər.
Hər şey gözəl qabağa gedir, lütfən qara qurupların
pravakasyonuna uymadan ulus bayramınıza və millətləşmə
şənliyinizə davam edin,o qədər davam edin ki düşmənləriniz
çatlayıb gebərsinlər, üzləri dahada qara olsun bu şənliyi
məzlum və nisgilli millətimizə çox görüb pozmağa can
atanlara.
Millətləşdik gedirik dövlətləşək,inanın
ki bu çətin və ağır savaşda bəzi axsaqlıqlar
hətta bu dəfə olmadığı kimi bizimdə
tərəfimizdən ola biləcək, önəmli
sədaqət və qatiiyyətdir ki onuda uca millətimizdən
öyrənib almışıq.
Haydı millətləşmə şənlik törənlərini
daha gəniş və təntənəli qurmağa.
Haydı Oğuz Türkü şanlı dövlətini G.Azərbaycan
və ardıca B.Azərbaycan qutsal topraqlarında yaratmağa
sarı.
O günə çox qalmadı az qaldı
O günün umuduylə