|
Güney Azərbaycan
Konqresinin
21 fevral - Beynəlxalq Ana Dili Günü münasibəti
ilə
bəyanatı
"
Yaşasın xalqımızın dili, tarixi və
milli xüsusiyyətləri! "
S. C. PİŞƏVƏRİ
Hörmətli vətəndaşlar,
əziz azərbaycanlılar, sayın güneylilər,
Bəyanatımızı 60 il bundan əvvəl güneyli
şairimiz Mirmehdi Çavuşinin ana dilimiz Azərbaycan
türkcəsi haqqında yazdığı şerin bir
neçə misrası ilə başlayırıq:
Səbt edib
səfheye tarixinə dövran, dilimi
Saxlayıbdır bilin hər əsrdə taban,
dilimi
Bir çıraqdır ki, onu yandırıb
əvvəldə zaman,
Söndürəmməz ol əgər min kərə
tufan, dilimi.
Neçə min ildi ki, dünya tanır odlar
vətənin,
Dana bilməz baxa kim tarixə hər an, dilimi.
Şahe İsmailə xalqım nə üçün hörmət
edir?
Çün rəvac vermiş idi əsrə o sultan
dilimi.
Gərçe illər boyu dövran biz ilə kəc
getdi,
Qanə döndərdi mənim atəşe hicran
dilimi ...
Qoy gül açsın ana yurdum, ona gülsün bu elim,
Eyləsin eşq ilə qoy indi gülüstan dilimi.
Əziz
həmvətənlər, 500 il bundan əvvəl
rəsmiləşən dilimiz bugün hələ
də yasaqdır. Güney Azərbaycanda ana dilimizin,
şair demişkən gül açmasına, İran
İslam Rejimi imkan vermir. 60 il bundan əvvəl azadlığa
çıxan dilimizə də, Şah Rejimi qadağa
qoydu və bu qadağalar bu günədək davam edir.
Halbuki, UNESCO və BMT tərəfindən, 21 fevral
Beynəlxalq Ana Dili Günü qəbul edilmişdir. Bu günün
yaranma tarixçəsi 1952-ci ildə Banqladeş xalqı
ana dillərinin rəsmiləşdirilməsinə görə
mübarizə apardıqları bir vaxtda, onlardan
səkkiz nəfərinin polis tərəfindən öldürülməsi
ilə bağlıdır.
Ana dili insanın
mənəviyyatıdır, təfəkkür
tərzidir, kimliyini formalaşdırır,
mahiyyətini təyyin edir və onun tarix və
mədəniyyətini yaşadır. Necə
deyərlər, danış ki, deyim kimsən.
Və yaxud deyirlər ki, bir millətin torpağını
işqal etməklə onu məhv etmək olmaz, amma
onun dilini almaqla onu aradan aparmaq olar. Elə şah
rejimi və indiki islami rejim də güney azərbaycanlıları
əritmək üçün onların ana dilində yazıb-oxumaq,
təhsil almaq, mədrəsələr açmaq,
mədəniyyət ocaqları yaratmağı qadağan
etmiş və bununla, Güney Azərbaycan xalqının
inkişaf yolunun qarşısını almışdır.
Baxmayaraq ki, bu haqqı almaq üçün xalqımız
Məşrutə İnqilabından bu günədək,
yəni 100 il ərzində, mübarizə edir və
hətta 1324-cü ildə (1945-ci ildə) Pişəvərinin
başçılığı ilə Milli Hökümətin
qurulduğu bir vaxtda, ana dilimiz, Azərbaycanın
rəsmi dövlət dili qəbul olunub və bu
dildə fərmanlar və qayda qanunlar qoyulmuşdu.
İstemarçı qüvvələrin əlaltısı
olan şah rejimi və pan.islamizmə və ümmətçiliyə
xidmət edən indiki islami rejim, güney azərbaycanlıları
həmin hüquqdan məhrum etmişlər və bu
haqqı istəyən Güney Azərbaycanın Milli
Hərəkatının aktivlərini həbsə,
zindana, sürgünə, cəza və
cəriməyə, şallaq və işkəncəyə
məhkum edirlər. Təssüf yeri buradadır ki, bu
kimi haqsızlıqlara dünya ictimaiyyatı,
beynəlxalq təşkilatlar və hətta islam
rejimi ilə mübarizə iddiasında olan super-dövlətlər,
güney azərbaycanlıların bu qanuni haqqlarına
göz yumurlar və onların bu yolda mübarizələrini
görməməyə və qulaq ardına vururlar.
Təbii ki,
biganələrdən milli haqqlarımızı
əldə etmək üçün bir şey gözləmək
düz deyil. Xalqımız, öz əzm və
iradəsini ardıcıl olaraq keçmişdəki kimi
ortaya qoymalıdır və öz haqlarını o
cümlədən ana dilində yazıb oxuyub
məktəb açmaq, maarif və mədəniyyət
obyektləri yaratmaq və onu dövlət dili
səviyyəsinə qaldırmağa çalışmalıdır.
Bunun üçün bu gün bir çoxlu şərait hazırdır,
həmin şəraitdən lazımı
qədər istifadə etmək gərəkdir. Bu
yolda indiyədək Azərbaycan xalqının
zəhmətkeşləri mübarizənin çətinliklərinə
dözmüşlər və yükün bütövünü öz çiyinlərində
daşımışlar. Lakin, Azərbaycanın varlı
sinifi də əgər gələcəyini düşünürsə,
ana dilində məktəblərin açılmasında
öz imkanlarını ortaya qoymalı və dilimizin
rəsmiləşməsində mübarizəyə qoşulmalıdır.
Ana dili xalqın və millətin dilidir, onun
mənəvi sirvətidir.
Gəlin bu
mənəviyyatımızı birgə qoruyaq
və onun qanuniləşdirilməsində birgə
mübarizə aparaq, dilimizi əridib aradan aparmaq
qəsdində olan düşmənin arzusunu ürəyində
qoyaq!
Güney Azərbaycan
Konqresinin Mərkəzi Komitəsinin Birinci Məsulu
Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)
21.02.2007
|