FİZULİ KİTABXANASI , İLK QIZLAR ORKESTRİ VƏ

USTAD ŞATİRİYAN

QAYNAQ:

http://www.ordokhtaran.blogfa.com

YAZANI:

ruxsere@yahoo.com.tr

Cənubi Azərbaycan mədəniyyətində fəaliyyət göstərmiş kimsələr ömür boyu çətinliklərlə qarşılanırlar.İllər bundan əvvəl Təbrizdə Fizuli kitabxanasının təməl daşını qoymuş Rza Əfşarpur(Əfşar) vaxtıilə Ustad Şatiriyanla birgə İranda İlk rəsmi qızlar orkestrini yaratdilar,Lakin əllerindən tutmalı olan Alicənablar daş dığırlatmağa başladılar.Bu iki mədəniyyət vurğunu sarsılmadan fəaliyyətlərinə dəvam etdirib və adlarını Cənubi Azərbaycan Musiqisində əbədiləşdirmişlər.Burada Əfşarın vaxtıilə bu haqda bizlərə söyləmiş xatirəsini əziz oxucularıma çatdırıram:

- Fizuli kitabxanası kölgəsində bol-bol yeniliklərə əl atdıqda “ilk qızlar musiqi qurupu”nu yaratmaq fikrinə də düşdüm.Bu fikri irəli sürməkdə əlimdən tuta biləcək kimsəni gəzirdim.çeşidli şəxsiyyətləri zehnimdən keçirtdikdə ən bacarıqlı və yararlı kimsə ; “Mahmud ağa”nı duyub , dərhal fikrimi onunla ortaya qoydum.Ustad fikrimi səmimiyyətlə qarşılayıb və nədən onu seçdiyimi sordu .

-: Bir yöndən sənin öz qızın “Lalə” və qardaşın qızlarını bu qrupa üzv seçmişəm . başqa bir tərəfdən isə sənin yaşının yuxarı olduğu hər hansı bir şübhənin ortaya çıxmasına mane` ola bilər – dedim .

Qızları kitabxananın dəftərinə çağırıb və onlarla danışıq aparmağımıza söz verdik . Günlərin birində qızlar bir – bir Fizuli kitabxanası dəftərinə gəlib , bizlə danışıb və üzv olduğu halda bir nüktə bizi özünə çəkdi: üst – üstə onlar “Türk adlı” idilər . Zarafatla üzümü ustada tutub ; - Bunun ardınca gələn qızın da adı Türkcə olsa daha onu yazmayaq , dedim .

Bu anda bir qız içəri girdikdə Adını sordum . (“Durna Maralbaş”am) dediyi halda Ustadla mən birlikdə ürəkdən gülüşdük . Maraqlandırıcısı bu ki : həmin qızın adından başqa “soy ad”I isə Türkcə idi .

Belə isə “İlk qızlar musiqi qrupu” yaranıb və çalışmaları ardıcıl izlənməyə başladı.neçə ay sonra ustanımızda kişilər üçün musiqidə fəaliyyət göstərmək çox çətin keçdiyi bir durumda qızlar musiqi qrupu rəsmi halda ilk çıxışlarını ifa etdilər.Bu çıxış Təbrizin “29 Bəhmən xəstəxanası”nın qadın işçiləri , “Behzisti”yə bağlı olan şəhidlər “Müfətteh” və “Fəyyaz bəxş” bölümləri və “Qızıl Ay para”ya bağlı olan “şəhid Qazi” umudsuz və zehni əlil qızlarının rəsmi çağrışıilə “Təbriz işçilər başqahı” zalında baş tutdu .

Bu ölməz iki şəxsiyyətin tutduğu yolların – izləyiciləri tərəfindən – günü - gündən artıq rövnəqli olması arzusu il ə ; qızlar musiqi qrupunun ilk çıxışları “Mahmud ağa”nın

qırxınadək c.d kimi çıxacaq , muştuluğunu verməklə , yeri gəldikdə vaxtıilə “Keyhan” gündəliyində basılmış ; həmin gedişin xəbərini oxucularıma çatdırıram : 

  AZƏRBAYCAN QIZLAR MUSİQİ QRUPU İLK DÖNƏ ÇIXIŞ ETDİ

Keyhan gündəliiyinin Təbriz xəbər yazanı:

Azərbaycan qızlar musiqi qrupu Təbrizdə umudsuz və əlil qızlar üçün

ilk hünəri çıxışlarıilə rəsmi halda fəaliyyətə başladılar.Fizuli kitabxanasına bağlı olan bu qrupa 22 sənətkar qız toplanıb ki ilk çıxlşlarında Şərqi Azərbaycan “Behzisti sazmanı”na bağlı “şəhid Müfətteh” adlı gecə - gündüz saxlanılan umudsuz qız , zehni xəstəlikləri olan qızlara yardım edən “şəhid Fəyyaz bəxş” adlı toplumun xəstələri , “Qızıl Ay para”ya bağlı olan “şəhid Qazi Təbatəbayi” adına yiyəsiz uşaqlar becərmə mərkəzinin qızlarına və “Təbriz 29 Bəhmən xəstəxanası”nın xanım işçiləri üçün Azəri musiqisi icra etdilər.

Bu şənlik törənində , “Molla Məhəmməd Fizuli kitabxanası”nın təməl daşını qoyan və ustanın “işçilər idman – mədəniyyət toplusu”nun ; hünəri – fərhəngi məs`ulu olan “Rza Əfşar” öz çıxışında , 1992-ci ildə Molla Məhəmməd Fizuli adına qurulan kitabxanadan söz açaraq dedi : Ustanda Ən böyük medeni qurup 1993-ci ilin yaz fəslində 300 tə`əhhüdlü sənətkarin toplanmasıilə şəkillənib .

O dedi : - Molla Məhəmməd Fizuli kitabxanasına bağlı olan bu mədəni qrupun sənətkarları könüllu olaraq çalışıb və öz hünəri çıxışlarında əmək haqqı yerinə kitab alıb və kitabxanaya pay verirlər . O artırdı : - Bu qrup ustan məs`ullarınin maddi və mə`nəvi yardımları olmadan ; kutlənin ruhi durumun durultmaqda güclü dirənməklə çalışır .

Bu törənin ardinda numayiş , yarış və kiçik uşaqlar musiqi qrupu ; Azerbaycan köklü musiqi icra edərək hamının marağın qazandılar.

Azərbaycan qızlar musiqi orkestrin ilk quruluşun sənətkarları belə olmuşdur:

Tarda : Ladən ruhiye Lalə , niku Seyrəfi , Aygün Mənsuriyan , Sona Həriri , Aytək Mutməin və sevda hadi .

Kamançada : Durna Maralbaş , Lalə Şatiriyan , Rəf`ət Zahidifər , və Solmaz Şatiriyan .

Qarmanda : İlqar Mənsuriyan , Solmaz İrani , Elnaz Sə`adət bəxş .

Nağarada : Elnaz Əliyyun ,Sara Sadiqi və Şəhrzad Qəssabpur .

Qoşa nağarada : Bəharə Şatiriyan ,

Akardeonda : Gülnaz Gülşəne Xəlili

Korda oxuyanlar : Elnaz İrani , Ulduz Əşkrize həq , Tərlan Sultaniye Kəlhor və Laçın Hadi .

“Fizuli kitabxanası”na bağlı olmuş “ilk qızlar musiqi qurupu” nun şəkili