http://www.zaman.az/site/?name=content&mid=4
| 04.12.2007 [12:58] |
Fontu böyüt: |
Stalin
ermənilərin əli ilə Qars və Ərdahanı
almaq istəyirmiş
İosif Stalinin SSRİ-yə rəhbərlik etdiyi illərdə Türkiyədən Qars və Ərdahanı tələb etdiyi və boğazlarda hərbi bazalar yerləşdirmək istədiyi ortaya çıxıb. Bu faktlar İkinci Dünya müharibəsi dövründə ABŞ və Böyük Britaniyanın Moskva hökuməti ilə keçirdiyi müzakirələrin qeyd edildiyi sənədlərdə öz əksini tapıb. Sözügedən məlumatlar ABŞ Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunan Foreign relations of the United States: Diplomatic papers (Birləşmiş Ştatların xarici əlaqələri: Diplomatik sənədlər) adlı kitab vasitəsilə ictimaiyyətə açıqlanıb. Birbaşa Stalinin səsləndirdiyi ifadələrin yer aldığı sənədlər göstərir ki, kommunist lider Türkiyə torpaqlarını işğal etmək məqsədilə dünyanın müxtəlif bölgələrindən erməniləri öncə SSRİ-yə gətirmək, sonra isə Şərqi Anadoluya yerləşdirmək istəyirmiş. ABŞ-ın Türkiyə böyükelçisinin 1945-ci ildə Vaşinqtonu erməni köçü barədə xəbərdar etməsi də məsələnin ciddiyyətindən xəbər verir. Lakin Stalinin bu iddiaları Qərb ölkələri tərəfindən ciddi narazılıqla qarşılandığı üçün baş tutmayıb |
| 16.11.2007 [12:02] |
Fontu böyüt: |
Ermənilərin
Xocalıda qətlə yetirdiyi uşaqların şəkillərini
qondarma erməni soyqırımı qurbanları kimi
təqdim edən Amerika qəzeti təkzib verib
V Novom Svete qəzeti Xocalıda qətlə
yetirilən uşaqların şəkillərini qondarma
erməni soyqırımı qurbanları kimi
təqdim etdiyi üçün təkzib verib.
APA-nın ABŞ bürosunun məlumatına görə, adətən, qəzetlərdə baş verən səhvlərə görə media bir necə cümlə ilə üzr istədiyi halda, V Novom Svete qəzetinin baş redaktoru Mixail Qusev nəşrin bugünkü buraxılışında Xocalı haqqında bir səhifəlik məqalə çap edərək, buraxdıqları səhvə görə üzr istəyib. Bax belə başlıqlı məqalədə baş redaktor Xocalı qətliamından dərhal sonra hadisə yerində olmuş amerikalı jurnalistlərin, rusiyalı müxbirlərin və hərbiçilərin xatirələrindən, onların dərc etdiyi məqalələrdən sitatlar gətirib. Müəllif yazır ki, Xocalı qətliamı 1992-ci ildə ABŞ-da ilin ən dəhşətli qətliamı kimi tanınıb. Mixail Qusev Xocalıya hücumdan əvvəl şəhərin blokadada olduğunu, rusların 366 motoatıcı alayının bu cinayətdə yaxından iştirak etdiyini, günahsız insanların əsas hissəsinin ermənilər tərifindən məhz təhlükəsiz dəhlizdə qətlə yetirildiyini qeyd edib. O, qətliamdan sonra ABŞ Konqresinin Aşağı Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Dan Bartonun Xocalıda baş verənləri soyqırımı adlandırması təklifi ilə çıxış etdiyini də bildirib. Müəllif Azərbaycan prezidenti İlham Əliyevin çıxışlarının birindən sitat gətirərək yazır ki, Azərbaycanın işğal olunmuş 20 faiz torpağı azad olunmayana kimi, Ermənistan heç bir regional layihələrdə iştirak etməyəcək. Öz fikirlərini davam edən baş redaktor daha sonra yazır: Qondarma Dağlıq Qarabağ Respublikası Azərbaycandan qaçaraq Ermənistan vasitəsi ilə dəhlizlər əldə etmək istəsə də, buna nail olmayacaq. Qeyd edək ki, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi V Novom Svete qəzetində ermənilərin Xocalıda qətlə yetirdiyi insanların, uşaqların şəkillərini qondarma erməni genosidi qurbanları kimi təqdim edilməsindən sonra mətbuat orqanı ilə əlaqə saxlayaraq ciddi etiraz bildirib. Mixail Qusevin Bax belə məqaləsində əks olunan faktların əksəriyyəti də qəzetə BMT-dəki Daimi Nümayəndəliyim tərəfindən təqdim olunub. Nümayəndəliyin 1-ci katibi Oqtay İsmayılzadənin APA-nın ABŞ bürosuna bildirib ki, bundan sonra da ölkə qəzetlərində bu tipli hadisələrin qarşısını almaq üçün operativ addımlar atılacaq. Diplomat əlavə edib ki, eyni zamanda V Novom Svete qəzetində Azərbaycan həqiqətləri haqqında silsilə məqalələrin dərc olunması da nəzərdə tutulur. APA
|
Bu gün
Azərbaycanda Konstitusiya Günüdür
1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş
Konstitusiya Azərbaycan dövlətinin sayca dördüncü
Konstitusiyası olub onun yeni tarixi modifikasiyasını
əks etdirir.
Konstitusiyanın mətni 5 bölmədən,
12 fəsildən və 158 maddədən ibarətdir.
|
Mən fəxrlə deyə bilərəm ki, Azərbaycan Konstitusiyası ölkəmizin milli dəyərlərindən biridir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib. O bildirib ki, sovet hakimiyyəti illərində hər kəsin evində Konstitusiya olsa da, bu sənəd işləmirdi, amma bu gün Konstitusiya canlı, birbaşa qüvvəsi olan sənəddir və bütün sahələri əhatə edir.
Qubadakı kütləvi məzarlıqda arxeoloji qazıntılar aparan ekspedisiyanın tədqiqatlarına maneçilik törədən ev sökülərkən uçub və tədqiqat sahəsinin mühafizəsi məqsədilə inşa edilən qoruyucu örtüyün bir hissəsini dağıdıb. Kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayevin verdiyi məlumata görə, örtüyün bərpası artıq başa çatdırılır: Biz evin tikildiyi ərazidə dərhal arxeoloji qazıntılara başladıq və ilkin olaraq 6 insan kəlləsi və sümükləri aşkarlandı. Cəmi 45 sm dərinlikdə qazsaq da, evin altının başdan-başa sümüklərlə dolu olduğunu gördük. Tədqiqatları hökmən davam etdirməliyik. Ekspedisiya rəhbəri bildirib ki, pis hava şəraitinə və Qubada qar yağdığına görə dünən müvəqqəti dayandırılan arxeoloji qazıntılar hava şəraiti imkan verən kimi davam etdiriləcək. Qeyd edək ki, son məlumata görə, qazıntılar zamanı aşkarlanan kəllələrin sayı 157-yə çatıb.
Sökülən evin altında aparılan arxeoloji qazıntılar
zamanı daha iki insan kəlləsi üzə çıxarıldı.
Beləliklə, tədqiqat sahəsində aşkarlanan insan
kəllələrinin sayı 159-a çatıb.
Bu açıqlamanı Qubada aşkar olunan kütləvi məzarlıqda
tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri
Qəhrəman Ağayev verib. Onun sözlərinə görə, aşkar
edilən 159 insan kəlləsinin təqribi yaş təsnifatının
müəyyənləşdirilməsi məqsədilə ilkin
analizlər aparılıb. Analizlər zamanı məlum olub
ki, kütləvi məzarlıqdan çıxarılan 18
kəllə 8-14 yaşında uşaqlara, 24 kəllə qadınlara,
qalanları isə əsasən orta yaşlı kişilərə
məxsusdur. Ekspedisiyanın fəaliyyətinə hava şəraitinin
imkan vermədiyini deyən Q. Ağayev sökülən evin altından
xeyli insan sümüyü çıxarıldığını,
ərazinin isə insan skeletləri ilə dolu olduğunu
bildirib.
Bu gün Qərb uydurma erməni soyqırımına tarix yazır, səbəbini araşdırmadan, nəyin niyə baş verdiyini öyrənmədən Türkiyəyə qarşı ittiham planları hazırlayır. Amma 1915-ci ildən xeyli sonra, 1944-cü ildə heyvanların daşındığı vaqonlara doldurularaq, sürgünə göndərilən yarım milyonluq Ahıska türkünün taleyi kimsəni düşündürmür. Ən faciəli filmdən daha dəhşətli, daha ağırdır bu sürgün. O canlı tarixin şahidləri qalır hələ də. 63 il əvvəl yaşananları həyəcansız xatırlaya bilmirlər. Hər kəlmələrini göz yaşı müşayiət edir onların.
Dedimmi ki, gələcəklər?
1993-cü ildə Bakıdakı Türkiyə Böyük Elçiliyinin
təşəbbüsü ilə bir neçə türk iş adamı Ahıska
türklərinin yaşadıqları Saatlı və Sabirabad
rayonlarına səfər edirlər. Türkiyəli iş adamlarını
görən ahıskalılar çox duyğulanır, göz yaşları
tökürlər. Hələ aralarında Meydan dayı deyilən
bir ağsaqqal vardı ki, halını sözlə ifadə
etmək mümkün deyil. Hər kəsin qabağına keçib:
Deyirdimmi, gələcəklər söyləyir və gözlərindən
sel kimi yaş axıdırdı. Bəzi türk iş adamları
elə düşünürdülər ki, Meydan dayı yarımçıq
qalmış məscidin tamamlanmasına köməyə
gələcəklərini söyləyir. Amma söhbət çox
dərinlərə gedir. Ahıskadan çıxdığı gündən
bəri hər zaman: Osmanlı bizi unutmaz, bir gün
gələcəklər, - deyə özünə də,
ətrafdakılara da təsəlli verən Meydan dayı indi
istəklərinin çin çıxdığından o qədər
duyğulanmışdı ki, göz yaşlarını saxlaya
bilmirdi. Hər birini qucaqlayıb öpür, xoş
gəlmisiniz deyib bağrına basırdı.
Bu gəlişlə yarımçıq qalmış məscid
də tamamlandı, könüllərdə qövr eləyən
qəmli tarix də xatirələrdə canlandı.
Meydan dayının xatirələri
Meydan dayı o günləri yaxşı xatırlayır. Camaatın silah qabağında vaqonlara doldurulmasının, ananın baladan ayrı salınmasının, boş qalmış kəndlərinə son dəfə baxışını, yollarda yaşanan məşəqqətləri, çatlayıb ölən gəlinləri, donmuş torpağın üstündə qarla dəfn olunan meyitləri, daha nələri, nələri... Danışdıqca özü də həyəcanlanırdı və bu həyəcan eşidənlərə də sirayət edirdi. Sakit danışmaq və sakit dinləmək mümkün deyil o söhbətləri. Bir ulusun son nəfərinə qədər yurd-yuvasından didərgin salınmasını necə unutmaq olar axı?
Sürgünün səbəbi
Ahıska qədim türk torpaqlarıdır, Türkiyə sərhədinin yaxınlığında yerləşir. Əhalisi isə ərzurumlular, qarslılar, ərzincanlılar kimi türklərdir. Amma Rusiya işğalı altında keçən əsrlər boyunca Ahıska türkünün həyatında, ənənələrində müəyyən dəyişikliklər meydana çıxmışdır. Ahıskalılar tarix boyunca Osmanlıya birləşmək üçün bir neçə dəfə cəhd göstərmişdilər, amma hamısında da silah gücü ilə yatırılmışlar. II Dünya müharibəsinin qarışıqlığından istifadə edən Stalin rejimi ahıskalıları doğma yurddan birdəfəlik silib-süpürərək bu məsələni kökündən həll etmək istəmişdir. Beləcə, bir türk soyu yurdundan-yuvasından didərgin salınmış, Sibirin, Qazaxıstanın, Özbəkistanın səhralarına sürgün edilmişdir.
Sərhəddəki mehmetciyin taleyi
Türkiyə sərhədində keşik çəkən mehmetciklər Ahıska kəndlərində doğma insanların yaşadığını yaxşı bilirdilər. Bir gecə bütün kəndlərin zülmətə qərq olduğundan narahatlıq keçirən mehmetciklər bir nəfəri göndərirlər ki, xəbər gətirsin. Həmin türk əsgəri gözləmədiyi halda, ruslar tərəfindən əsir götürülür və tərk-silah edilərək, sürgünə gedən vaqona basılır. Həmin mehmetcik bundan sonra bir sovet dustağı həyatı yaşayır. Bəraət aldıqdan sonra bir çox yurddaşı ilə birlikdə Azərbaycana gəlir və bu gün də məzarı Saatlının Qazanbatan kəndindədir.
Filmdən daha dəhşətli
Sürgün yollarında yaşananları dillə ifadə etmək mümkün deyil. Ağzına qədər dolu vaqonlar günlər keçdikcə seyrəlirdi. Seyrəlirdi deyəndə ki, xəstələr, qocalar, zəiflər ölür, növbəti dayanacaqda vaqondan çıxarılıb qarlı çöllərə atılırdı. Hər gün vaqonlarda qocalar, xəstələr, zəiflər ölürdülər. Mənzil başına çatana qədər vaqonlardakı insanların sayı yarıbayarı azalmışdı. Sağ qalanların da böyük hissəsi ciddi ruhi sarsıntı keçirmiş, aclıqdan, soyuqdan, meyitlərlə yol getməkdən dəli olmaq dərəcəsinə gəlmişdilər.
İffətindən çatlayan gəlin
İnsanları necə gəldi vaqona doldurmuşdular. Nə onları düşünən vardı, nə də yaşadıqları sıxıntılarla maraqlanan. Tarix boyunca dininə bağlı bir toplum kimi yaşayan ahıskalılar bu sürgün yollarında ağlagəlməz məşəqqətlər gördülər. Neçələri ölümə yuxu ilə yola çıxdılar: yatdı, ayılmadı. Neçəsi dişini-dişinə sıxıb dözdü və elə o halda da çatladı. Ahıska qızları, gəlinləri ağsaqqal yanında ağzının yaşmağını açmazdılar, amma həftələr, aylar çəkən bu uzun yolçuluqda insanın çox ehtiyacı vardı. İffəti, isməti həyatından üstün bilən neçə qız-gəlin inildəyə-inildəyə çatlayıb öldü. Onlar üçün ədəb, sayğı hər şeydən üstün idi - zəruri ehtiyaclardan belə. Anlatmaqla qurtaran deyil. Nə bəlalar yaşadılar.
Sürgündən-sürgünə
Ahıskalılar getdikləri yerdə silah altında saxlandılar. Hər gün yoxlanılır, insanlara bir yerdən başqa yerə getmək imkanı verilmirdi. Şimali Qazaxıstanda, Sibirdə qışın amansız soyuğuna dözməyən ahıskalıların bir hissəsi həyata gözlərini yumdu. Sağ qalanlar yeni mühitə öyrəşir, özünə yurd-yuva düzəldir, iş yeri axtarırdılar. İllər keçdikcə bu arzuolunmaz yurdda özünə rahatlıq düzəldən ahıskalıları başqa yerlərə köçürdülər. Beləcə, Ahıska türkləri Rusiyanın, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın ən müxtəlif rayonlarına səpələndilər. Amma harada olsalar da, ahıskalılar doğma yurdu unutmadılar və mərkəzi sovet dövlətinə dəfələrlə müraciət edərək, geri dönmək üçün icazə istədilər. Onların bu istəyi baş tutan deyildi. Çünki cəllad Stalinin əmri ilə köçürülən ahıskalıların yerində ermənilər məskunlaşmışdı. Nəhayət, 1958-ci ildə hər baxımdan ahıskalılara yaxın, doğma olduğu üçün onların bir hissəsinə Azərbaycana köçmək üçün icazə verildi. Bu yazının qəhrəmanları - Meydan dayı da, Ənsar dayı da o gələnlər arasında idilər.
Qaldım gülümdən ayrı
Ənsar dayının həyat dastanı ən ağrılı serialların mövzusu ola bilər. Rusların ahıskalılara zülmünün getdikcə artdığını görən atası Rızman bəy bir neçə qohum-əqrəbası ilə məsləhətləşdikdən sonra gizlincə sərhədi keçərək, Türkiyəyə gedir ki, orada bəzi işləri görüb, şərait yaratdıqdan sonra qayıdıb ailəsini ora aparsın. Bu yolun nə qədər qorxulu olduğunu və çox vaxt tələb etdiyini yaxşı bilirdi Rızman bəy. Sevimli həyat yoldaşını, üç balasını qoyub gizli səfərə çıxdı. Amma özü də bilməzdi ki, qısa müddət üçün ayrıldığı ailəsi ilə görüşmək ona bir daha qismət olmayacaq. Hələ Türkiyədə ikən Rızman bəy ahıskalıların sürgün edildiyini eşidir, sərhədə gəlib viran qalmış yurda baxır, yalquzaq kimi tək-tənha dolaşır, ağlayır, ağlayır və nəhayət, bağrına daş basıb geri qayıdır. Sevimli xanımından və üç övladından ayrı düşən Rızman bəy uzun müddət dəli kimi dolaşır və nəhayət, Çorum vilayətində özünə yurd-yuva düzəldir. Dərdini bilənlər onu tək buraxmırlar, evləndirirlər ki, bəlkə, yeni həyatda özünə təsəlli tapdı. Elə də olur. Yeni ailəsindən bir oğlu olur Rızman bəyin. 1958-ci ildə Gülgər ana və övladları Azərbaycana qayıdıb, Saatlı rayonu ərazisində məskunlaşırlar. Ayrı düşdüyü həyat yoldaşı Gülgər xanımı, böyük oğlu Ənsarın və o biri uşaqlarının adı dilindən düşmür, Rızman bəyin. Elə Çorumdaca dünyasını dəyişir. Amma qismətə baxın ki, oradakı oğlu gəlib buradakı qardaş-bacılarını, atasının birinci xanımı Gülgər ananı tapır, onlarla sarılıb-ağlaşır. Bu, duyğulu bir kino ssenarisidir və eşitdiyimizə görə artıq o filmin çəkilişinə başlanılıb.
Özalı rəhmətlə anırlar
Türkiyənin səkkizinci Prezidenti Turqut Özal ahıskalıların
dərdi ilə yaxından tanış idi və Orta Asiya
səfərindən döndükdən sonra ahıskalılar haqqında
ciddi bir qərar qəbul etməyin vacibliyini dilə
gətirmişdi. Ahıskalılar onun bu qayğısını
unutmurlar və adını dualarına yerləşdirirlər.
Gürcüstan dövlətinin Avropa Şurası qarşısında
götürdüyü vədlərdən biri də ahıskalıların
doğma yurdlarına qayıtmalarını təmin
etməkdir. Amma o vəddən illər keçsə də,
rəsmi Tbilisi bu haqda ciddi addımlar atmağa
tələsmir. Görünür, onlar da çox şeyin zamanla unudulacağını
düşünürlər. Ahıska türkləri isə müqəddəs
köçə hazırlanmış bir ruh yaşayırlar. Bu dönüş
var, bu dönüş olacaq. Allah-Təala o dönüş üçün yardım
göstərənlərə kömək olsun!
ABŞ-da nəşr edilən bəzi qəzetlər
ermənilərin qətliama məruz qalmadıqlarını,
əksinə onların türklərə qarşı tükürpədici
qətllər həyata keçirdiklərinə ölkə
ictimaiyyətinin diqqətini cəlb ediblər.
ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində
qondarma erməni soyqırımının tanınmasından
sonra adıçəkilən ölkənin mətbuatı və tanınmış
tarixşünasları bu məsələni yenidən araşdırmağa
başlayıblar. Bununla əlaqədar ABŞ-da nəşr
olunan və dünyanın ən tanınmış mətbu
orqanlarından olan Vaşinqton Post qəzetində birinci
dünya müharibəsi illərində və ondan sonrakı dövrlərdə
türklərin erməniləri deyil, əksinə
ermənilərin türkləri qətlə yetirdiyini faktlarla
ortaya qoyan Qətliamın gercək üzü (Qətliam
barədə həqiqətlər) adlı yazı dərc
edilib.
Ermənilərin türkləri kütləvi şəkildə
qətlə yetirdiyini bildirən Vaşinqton Post
qəzeti məsələ ilə bağlı o dövrdə ABŞ
hərbi nümayəndə heyətinin tərkibində Anadoluda
olan yüzbaşı Emori Nils və Artur Suterlandın yazdıqları
məktublardakı bu sözləri olduğu kimi dərc edib:
Bitlisdən Vana və oradan da Doğubəyazidə kimi
hər yerdə ermənilərin bölgədə həyata keçirdikləri
yanğınların və dağıntıların şahidi
olduq. Ruslar çəkildikdən sonra bölgədə işğalçı
kimi qalan ermənilər müsəlmanlara qarşı ağlasığmaz
cinayətlərə əl atmış, hər yerdə dinc
insanları qəddarcasına qətlə yetirmişlər.
Hadisənin şahidləri də bu qətliamların
ermənilər tərəfindən həyata keçirildiyini söyləyirdilər
və onların dedikləri təkzibedilməz faktlarla sübut
edilirdi.
Yandıraraq qətlə yetirdilər
Vaşinqton Post qəzetində dərc edilən bu yazıda
deyilənlər amerikalı Klarens Usserin o dövrdə
ermənilərin türkləri qətliama yetirməsi
barədə yazdığı rəsmi hesabat ilə də
təsdiqlənib. Klarens Usser hesabatında yazırdı:
Ermənilər türk kişiləri yandıraraq öldürür,
qadınlara isə təcavüz edirdilər
Anadoluda həmin dövrdə ermənilərin qeyri-insani
hərəkətləri ilə bağlı rəsmi
sənədlərə istinadən Luisvill universitetinin
professoru Makkarti (McCarthy) yazır ki, ermənilər o dövrdə
Anadoluda 2,5 milyon türkü qətlə yetiriblər. Vaşinqton
Post qəzeti məsələ ilə bağlı Osmanlı
arxivlərinin tədqiqatçıların üzünə açıq olduğunu,
ermənilərin isə öz arxivlərinə tədqiqatçıları
buraxmadığına diqqəti cəlb edərək daha
sonra yazır: Hümayəndələr Palatası Xarici Əlaqələr
Komtəsində o dövrdə baş verən
hadisələrlə bağlı soyqırımını
dəstəkləyənlər ermənilərin müsəlmanlara
qarşı etdikləri zülmlər barədə bir
kəlmə də olsun belə danışmadılar. Halbuki
həmin dövrdən əvvəl də ermənilər İstanbulda
bəzi terror hərəkətlərinə baş vurmuş,
hətta erməni patrikliyinə və sultana qarşı
belə sui-qəsd həyata keçirməyə cəhd etmişdilər.
Birinci dünya müharibəsi başlamazdan əvvəlki 60
ildə ermənilər aramsız olaraq Osmanlıda ölümlə
nəticələnən müxtəlif terror aktları törətmişlər.
Sənədlər saxtadır
Oksford universitetinin professoru, tarixçi alim Norman Stone isə Çikaqo
Tribuna qəzetində dərc edilən
məqaləsində yazır: Ermənilər
tərəfindən ortaya qoyulan və guya onların
qətlə yetirildiklərini sübut edən
sənədlərin çoxu saxtadır. ABŞ
konqresmenlərinin bu məsələdə birtərəfli
hərəkət etdiyinə diqqəti cəlb edən
professor Stone: 1914-cü ildə ermənilər bir dövlət
qurmaq cəhdlərinə baş vurdular. Bunun üçün onlar üsyan
qaldıraraq bölgədə türklərə qarşı etnik
təmizləmə hərəkətləri həyata keçiriblər.
Amma bu onlara uğur gətirmədi və türklər təhlükəsizliklərinin
təmini məqsədi ilə onları köçürməyə
məcbur oldular.
Vaşinqton Post qəzetində dərc edilən bu
məqalə bir daha ermənilərin iç üzünü açıb bütün
dünyaya göstərir və ermənilərin qətliama məruz
qalmadıqlarını, əksinə, onların türkləri kütləvi
şəkildə məhv etdiklərini bir daha sübuta yetirir.
Amerikalılar konqresə inanmır
ABŞ-da keçirilən son rəy sorğuları bəzi maraqlı məqamları üzə çıxarıb. Məlum olub ki, ölkə əhalisinin əksər hissəsi artıq Konqresə inanmır. Röyter agentliyi və Zogbu adlı araşdırma mərkəzinin keçirdikləri rəy sorğuları zamanı ötən illə müqayisədə əhali arasında konqresə inanmayanların sayının daha 11 faiz azaldığı üzə çıxıb. Eyni zamanda rəy sorğuları prezident Buşa da olan inamın xeyli azaldığını göstərib. Belə ki, rəyi soruşulanların yalnız 24 faizi Buşu dəstəkləyib. Bu isə olduqca aşağı göstərici hesab edilir.
Türkiyənin Aksiyon jurnalında nəşr olunan
məlumatda ermənilərin bu ərazilərdə törətdikləri
vəhşiliklərdən və qətliamdan söz açılır.
Jurnalın yazdığına görə, bir neçə
həftə öncə ABŞ-dakı yəhudi lobbi təşkilatı
ADL-in (Anti Defamation League - İftira və İnkarla Mübarizə
Təşkilatı) qondarma erməni soyqırımının
tanınması yönündə fikirlər səsləndirməsi
və sonradan məsələnin tarixçilər
tərəfindən araşdırılmasını təklif
etməsi yəhudi ictimaiyyəti tərəfindən narazılıqla
qarşılanıb. Həmin günlərdə İsrailin Vaşinqton
Böyükelçiliyinin keçmiş müşaviri Lenni Ben-Devid İsrail hökumətini
sözügedən mövzuda diqqətli olmağa çağırmışdı.
Ben-Devid 5 oktyabrda Jerusalem Post qəzetində yayımlanan
Türkiyə və Ermənistan: yəhudilər nə
etməlidir? adlı məqaləsində ermənilərin
yüz minlərlə müsəlman və yəhudini qətlə
yetirdikləri barədə məlumatlara diqqət çəkib.
Osmanlı dövlətinin arxiv sənədlərində isə
erməni qruplaşmalarının 1914-cü ildən 1919-cu
ilə qədər 2 milyon müsəlmanı qətlə
yetirdiyi qeyd olunub. Bu sənədlər eyni zamanda
minlərlə yəhudinin ermənilər
tərəfindən öldürüldüyünü sübut edir. Qətlə
yetirilənlərin dəqiq sayı barədə məlumat
olmasa da, bu rəqəmin 10 minə yaxın olduğu
bildirilir.
Beynəlxalq Strateji Araşdırmalar Qurumunun rəhbəri
Sedat Laçınerin açıqlamaları yeni mətləbləri
üzə çıxarıb: Yəhudilərlə
ermənilər arasında hər zaman rəqabət mövcud
olub. Osmanlı dövründə ermənilərin
yəhudilərlə münasibətləri düşmənçilik
səviyyəsində olmuş, bəzi yəhudilər
əsassız ittihamlarla cəzalandırılmışlar. Bu
gün Türkiyənin şərq və cənub-şərqində
yəhudilərin olmamasının səbəbi erməni
qətliamlarıdır.
Aksiyon dərgisində çap olunmuş bu yazını növbəti
saylarımızda oxucularımıza təqdim edəcəyik.
| Fontu böyüt: |
Erməni
üsyanının təməli ABŞ-da qoyulub
Ermənilərin türklər əleyhinə
fəaliyyətə ABŞ-da başladıqları üzə
çıxıb.
Türkiyə Dövlət Arxivləri İdarəsi
tərəfindən yayımlanan Osmanlı dövlətinə
aid sənədlər ABŞ-da qurulan erməni təşkilatlarının
Osmanlı əleyhinə təxribatlar həyata keçirdiklərini,
mitinqlər təşkil etdiklərini,
qəzetlərdə məqalələr çap
etdirdiklərini və pul yığdıqlarını
üzə çıxarıb. Sənədlər bir
mitinqdə protestant ermənilərin Osmanlı dövlətində
üsyan çıxarmaqla xristianların diqqətini çəkməyə
çalışdıqlarını, həmin dövrdə
Osmanlının Vaşinqton səfirinin:
Ermənilər Anadoluda sabitliyi və asayişi
yenidən pozsalar, məsuliyyətin böyük qismi bəzi
amerikalılara aid olacaq, - dediyini və bu sözləri
ABŞ xarici işlər nazirinə çatdırdığını
ortaya qoyub. |