2.4.07 3:49

Azərbaycanda qadınların hüquqları necə qorunur?

2006-cı il üçün bir sıra beynəlxalq təşkilatların insan haqlarına dair hesabatlarında deyilir ki, Azərbaycanda qadınlara qarşı zorakılıq, o cümlədən ailə zorakılığı problem olaraq qalır. Kənd yerlərində qadınların ərləri və başqalarının hücumlarına qarşı müdafiə imkanları yoxdur, ərin pis rəftarına, ya da ər tərəfindən zorlamaya dair qanunlar qəbul edilməyib.

Cinsi istismar üçün qadın alveri də problem olaraq qalır.

Yüksək səviyyəli işlərdə, o cümlədən sahibkarlıq fəaliyyətində qadınlar az təmsil olunublar.

Siz necə fikirləşirsiniz?

Mövzunu şərh edin.

Maraqlı şərhlər «Azadlıq» Radiosunun efirindən səsləndiriləcək.

 

 

10 mesaj

Ad: Faik E-mail: faik_musatafayev@mail.ru Şəhər: Naxcivan 03.04.2007 20:59:44

Azerbaycanda hansi huquqlar qorunur ki, qadinlarin huququ qorunsun. Evveller bele bir soz deyerdiler her sheyi pulla satin almaq olar, adamdan bashqa , indi adamida pulla satin alirlar. Eyer qadin yuxari mertebelerde ishleyirsense elbetdeki huquqlari qorunacaq . Eyer gozel qadinsansa yenede ola bilsin ki huqlarin qoruna biler. Eyer pulun varsa mutleq huquqlarin qorunacaq . Yox, eyer hec biri yoxdursa hec evde de, qadinlarin huquqlari qorunmur . Elbetde her evi nezerde tutmuram .

Ad: Natiq Quliyev E-mail: namiqq1980@list.ru Şəhər: Baki 03.04.2007 17:11:18

Qadına əl qaldıran kişi məgər kişidirmi? Ümumiyyətlə belə hallar şair Moşu demişkən bizim cəmiyyət üçün xarakterik deyil. bizdə belə şeylər az olur. Olanda da elə-belə olur…

Ad: Malik Bedelov E-mail: malik1@rambler.ru Şəhər: Sumqayit 03.04.2007 17:08:41

Mitinqdə qadının nə işi var ki, polisdə onu dubinkanın altına salsın. Qadın oturar evində, balalarının yanında. Bu siyasi mübarizədi, siyasi çəkişmədi-bunların qadınlara az dəxli var. Əgər polis ağ saçlı qadına əl qaldırırsa, deməli onun anası da, arvadı da evdə ondan kötək yeyir. Azərbaycan xanımları zərif və gözəldirlər, onları qorumaq təsüblərini çəkmək isə biz kişilərin üzərinə düşür.

Ad: Vətən"daş" E-mail: sabah@president.am Şəhər: Baki 03.04.2007 15:07:44

Mən sizin forum vasitesi ile qadin hüquqları qorunur deyən insanlara üzümü tutub deyirəm : Zəhmət olmasa kim deyirsə ki,Azərbaycanda qadın hüquqları qorunur çox böyük səhv etmiş olur.Məgər siz müxalifətin etiraz aksiyaları və ümumiyyətlə etiraz aksiyaları zamani polisin nəinki qadınlara hətta kişilərə də təyziqini və huquqlarını pozulmasini gormursunuzmu ? Muxalifetin mitinqlerde qadinlarin huquqlari kobud shekilde pozulanda hech kim polise irad etmirdiki niye bes bele edirsiniz ?Indi ise biz yazmaqdayiq.

Ad: Gizli E-mail: a.alekberov@yahoo.com Şəhər: Baku 03.04.2007 14:41:30

Salam. Birincisi beynəlxalq təşkilatlara qalsa onda gərək AZƏRBAYCANLILAR çörək yemək üçün də onlardan icazə alsın. İkincisi də Azərbaycanda ANAların timsalında qadına həmişə hörmət olub. əgər son vaxtlar bu görünmürsə, bunun da səbəbini beynəlxalq qurumların hər işimizə qarışmağında axtarmaq lazımdır. sağ olun

Ad: Alik Huseyinly E-mail: alikhuseyinly@gmail.com Şəhər: Baki 03.04.2007 13:03:23

II Dunya muharibesinde fransiz, ingilis ve amerkan esgerlerini girov goturen alman zabiti bele bir sual verir amerkan esgerine: -- Basha dushuruk ki, fransiz ve ingilis esgerleri oz torpaglarini gorumag ucun burdadirlar, bes amerkalilar ne ucun?"""..... Mirze Celil terzi ile desek " ..biz deyesen hegigeten tereggiye dogru ........"

Ad: İlqar Əlizadə E-mail: ilqar93@gmail.com Şəhər: Bakı 03.04.2007 12:17:04

Ailə münasibətləri, qadın hüquqları prinsiplərinin Qərb-Şərq ayrımınına aid kiçicik məqaləylə tanış olmağa dəvət edirəm: http://veten-millet.blogspot.com/2007/03/sosial-iqtisadi-dyiikliklr-fonunda-ail.html

Ad: İlqar Əlizadə E-mail: ilqar93@gmail.com Şəhər: Bakı 03.04.2007 11:01:40

Dövlət Departamenti niyə ABŞ hərbçilərinin İraqda qadınları, qızları zorlamaları; müsəlman ölkələrində (xüsusilə də Türk torpaqlarında) pozğunçuluğun, əxlaqsızlığın planlı şəkildə yayılması; ABŞ studiyalarının sayca az qala Hindistan filmlərinə çatan gənclərin beyinlərini bulandırmağa xidmət edən "komedik" filmlərin çəkilməsi və s. meseleler barəsində hesabat yayımlamır?! İctimai yerlərdə çılpaqlıq normal qarşılandığı halda niyə baş örtüsü terrorçuluqla eyniləşdirilir?! Azərbaycanda niyə feminizmin genişlənməyinə bu qədər imkan yaradılır?!Azərbaycanda qadınların hüquqları əxlaq prinsipləri tanımayan, milli-mənəvi normaları pozan televiziya kanalları tərəfindən pozulur!

Ad: Adsiz E-mail: ari23@rambler.ru Şəhər: Baki 03.04.2007 10:45:16

Qadinlarin huquqlari qorunur. dovlet terefinden yox oz aileleri-erleri terefinden. Azerbaycanda hemishe qadina, anaya hormetle yanashilib. bu bizim en gozel adetimizdir.

Ad: musa E-mail: aliyev_musa@mail.ru Şəhər: baki 02.04.2007 22:02:00

ABS-i narahat eden 1 mesele var o da azerbaycan qadinini oz standartlarina uyqun gormekdir.qaldi ki bizim qadinlara(namuslu ve erine sadiq)canimiz da qurbandir.

Azadliq.org