| 19.12.2007 [12:44] |
| Müsəlman
dünyası bayram atmosferində
Dünyamız bayram həyəcanı, bayram sevinci içindədir.
Kəbə ziyarətinə getmiş zəvvarlarımız
bu ibadəti yerinə yetirərək qurban kəsir, Hacı
ünvanı alırlar.
Dünyanın hər yerində müsəlmanlar bayram hazırlığı
içindədirlər. Bu günlərdə ən çox satılan,
alınan qurbanlıq heyvanlardır. Allah rizası üçün
qurban kəsmək ibadətdir və insanı
Allah-Təalaya yaxınlaşdırır. Biz
dəyərli oxucularımızın ehtiyaclarını
nəzərə alaraq bu sayımızda qurbanlıqla
bağlı ən gərəkli bilgiləri onların
diqqətinə təqdim edirik. Ümid edirik ki, bu bayramda
bazarlarımızda qurbanlıq ət satılır
kimi lövhələrə rast gəlməyəcəyik. Qurbanlıq heyvanlar Qurban beş heyvandan kəsilər: qoyun, keçi,
inək, camış və dəvə. Qurban
kəsiləcək qoyun və ya keçi ən azı bir
yaşında olmalıdır. Əgər qoyun və ya
keçi altı ayını keçibsə və ən azı
bir yaşındakı kimi böyük görünürsə, onu da
qurban kəsmək olar. İnək və camış
ən azı iki yaşında olmalıdır. Qurban
kəsiləcək dəvə isə beş yaşından
az olmamalıdır. Bölgü Son vaxtlar çox yanlış söhbətlər eşidirik.
İki-üç adam yığışıb bir qoyun
kəsirlər, elə düşünürlər ki, qurban
kəsdilər. Əsla belə olmaz. Bir qoyun və ya
bir keçini ancaq bir adam qurban kəsə bilər. Bir
inək, bir camış və ya bir dəvəni
yeddiyə qədər adam toplaşaraq qurban
kəsə bilərlər. Bir inəyi üç adam da ortaqlaşıb
qurban kəsə bilər, beş adam da. Yəni burda
ən çoxu yeddi adamın bir iribuynuzlu heyvana ortaq ola
biləcəyi vurğulanır. Əgər
zənginsinizsə, təkbaşına bir inək
də kəsə bilərsiniz, bir dəvə də.
Bir daha vurğulayırıq ki, bir qoyunu iki-üç adam
ortaq qurban kəsə bilməz. Onu da vurğulayaq ki,
bir heyvana ortaq olan adamların hamısı məhz
qurban kəsməyə niyyət etməlidirlər.
Əgər birinin niyyəti başqa olarsa, demək,
heyvan qurbanlıqdan çıxar. Qurban kəsilən heyvanın
nə əti, nə tükü, nə dərisi satılmamalıdır.
Əgər baş-ayaq, dəri və ya yunu satılarsa,
alınan pul sədəqə kimi imkansızlara
verilməlidir. Qurbanlıq heyvanın əlamətləri Qurban Allah rizası üçün kəsilər. Yəni
hər bir kəs öz qurbanını elə düşünsün
ki, Allah-Təalaya təqdim edir. Belə olan məqamda
yəqin ki, heyvanlarınızın ən yaxşısını
bu ibadət üçün ayıracaqsınız. Ölməkdə
olan, üzülmüş, gözünün biri və hər ikisi kor,
buynuzunun yarısından çoxu qırılmış, dişləri
tökülmüş, xəstə, yeriyə bilməyən
heyvandan qurban kəsilməz. Əgər heyvanın
əvvəldən buynuzu olmayıbsa, onun qurban
kəsilməsində heç bir əngəl yoxdur. Qulağının
yarıdan azı qopmuş və ya cırılmış
sağlam heyvanı qurban kəsmək olar. Qurban
ibadətdir, sizin duanızdır, siz ibadətinizin, duanızın
qüsurlu olmasını istərsinizmi? - Əlbəttə,
yox! Ona görə də qurbanlıq heyvan seçəndə
onun sağlamlığına ciddi diqqət yetirmək
lazımdır. Qurbanın kəsilməsi Qurbanlıq heyvanı gərək incitməyəsən. Ona görə də kəsim zamanı iti bıçaqdan istifadə eləmək lazımdır. Heyvanı yıxıb üzü Qibləyə çevirirlər və niyyət edirlər: niyyət edirəm, bu heyvanı öz adımdan, ya filankəsin adından Allah rizası üçün qurban kəsməyə. Sonra Bismillah-Allahu-Əkbər deyib kəsimə başlayırlar. Sadəcə Bismillah desəniz də, kifayətdir. Amma unutmayın ki, bilərəkdən Bismillah demədən kəsilən heyvanın əti halal deyil. Bu məqama diqqət yetirmək lazımdır. Qurbanı özün də kəsə bilərsən, vəkalət yolu ilə başqasına da kəsdirə bilərsən. Qurban kəsən, heyvanı tutan adamların hamısı ən azı Bismillah deməlidir. Heyvanı kəsən, soyan adama zəhməthaqqı verə bilərsiniz. Ancaq sən bu heyvanı kəs, soy, baş-ayağı sənin olsun kimi şərtləşmək doğru deyil. Çünki qurban kəsilən heyvanın heç bir üzvü ticarət obyekti olmamalıdır. Qurban ətinin bölgüsü Peyğəmbərimiz Həzrəti
Məhəmməd (s.ə.s.) evə gəlir və xanımı
Həzrəti Aişə (r.a.) anamızdan Qurbanın
ətini necə bölüşdürdüyünü soruşur.
Həzrəti Aişə (r.a.) belə deyir: Kimlərə pay göndərək? Bəzən qurban payı qarşılıqlı
şəkildə evdən-evə gedib gəlir. Yəni
filankəs bizə pay göndərdi, biz də ona pay göndərək.
Bu məsələdə qanuna zidd bir şey olmasa da,
amma ən xeyirlisi də deyil. Ən xeyirlisi qurban
ətini ən çox ehtiyac duyulan ünvana çatdırmaqdır.
Yəni dərman yara olan yerə faydalıdır. Yara
olmayan yerə vurulmaz ki. Bu məntiqlə deyək ki,
siz ehtiyacı olmayan birinə pay göndərib
sadəcə onun könlünü açırsınız, onu saydığınızı
bildirirsiniz. Amma ehtiyac sahibinə göndərdiyiniz qurban
payı ilə onun problemini həll etmiş olursunuz
və təbii ki, bu zaman daha çox savab qazanırsınız. Kimlər qurban kəsməlidir? Qurban kəsmək heç bir əqli xəstəliyi
olmayan, həddi-buluğ yaşını keçmiş,
dinimizə görə zəngin sayılan müsəlmanlar
üçün borcdur. Səfərdə olanlar qurban
kəsməyə bilərlər, amma
istəsələr, irəlicədən evdə
tədarük görər və bir başqasına
vəkalət verərək öz adlarına qurban
kəsdirə bilərlər. Ölmüş ata-babanın adından
da qurban kəsmək olar. |
http://www.zaman.az/site/?name=main