21
Azər
tədbirinin keçirilməsi ilə bağlı bildiri

Dəyərli
həmvətənlər!
1945
ildə Seyid Cəfər Pişəvərinin başçiliği
ilə Təbrizdə qurulmuş Azərbaycan Milli Demokratik
Hakimiyyəti millətimizin həyatında ən önəmli
tarixi hadisələrdən biridir. Bu hakimiyyətin ömrü
cəmi bir il olsa da bu tarix heç zaman unudulmur, nəsildən
nəsilə keçməklə qan yaddaşımıza həkk
olunmaqdadır. Bu gun Azərbaycanımızın güneyində
baş verən milli oyanış və azadlıq
hərəkatı milli qürur mənbəyimiz olan Sətttarxan
və Bağırxanlardan başlasa da, sonradan guzeydə və
güneydə Rəsulzadə,
Pişəvəri və Elçibəylərlə davam etdirilmiş
və bu günümüzədək çatdırılmışdır. Mübarizəmizin
bu gün də davam etməsinin ən başlıca səbəbi
isə millətimizin öz mübarizəsini hələ də başa
çatdırmaması və hələlik, tam olaraq öz istiqlalına
qovuşa bilməməsidir.
Bu
tarixi heç bir zaman unutmamaq, bu mübarizədə canlarını
qoymuş insanlarımızın xatirəsini bir daha yad
etmək və milli hərakatımıza dəstək olmaq
məqsədi ilə bu ilin
dekabr
ayının 8 də şənbə günü saat 16 dan 20 dək
Stokholm
şəhərində tədbir keçirilməsi qərara alınmışdır.
Tədbir
zamanı bu tarixi günümüzlə bağlı qısa çıxışlar
olacaq, film nümayış etdiriləcək, musiqi anları yaşanacaq,
yüngül yeməklər veriləcək, çay süfrəsi açılacaqdır.
Tədbirə
qəlbi Azərbaycan davası ilə döyünən hər kəs
dəvətlidir və başqa ölkələrdən də soydaşlarımızın
qatılacağı gözlənilir.
Bu
gecədə hamımızın birgə olmamız üçün bu ünvana
gələ bilərsiz.
Esplanaden
3 C, Sundbyberg dəmir yolu və Metro stansiyası yaxınlığında
Sundbyberg ABF binasının birinci mərtəbəsi.
Ünvan
haqqında daha ətraflı məlumat aşağıdakı
linkdə vardır.
http://gulasidorna.eniro.se/query?what=cs&search_word=ABF+Sundbyberg&geo_area=
Tədbirin
təşkilatçıları Odlar Yurdu və Bütöv
Azərbaycan təşkilatlarıdır.
Əlaqə
telefonlarımız
0735521878
0707760303

Azadtribun